Bu rayonlarda təbii qaz olmayacaq - Siyahı

img

15-05-2014 [11:46]


Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. 

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar bu gün saat 11:00-dan 13:00-dək Ağcabədi rayonunun bir hissəsinə, saat 15:00-dək Qaradağ rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək Füzuli rayonunun bir hissəsinə, həmçinin qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi və sərfölçən cihazların metroloji göstəricilərinin təftiş olunması ilə əlaqədar saat 11:00-dan 15:00-dək Sabunçu rayonunun bir hissəsinə, "Pirallahı-Qala” qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar isə saat 16:00-dək Xəzər rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA