Usubov polis rəisini qovdu, bir neçə rayonun polis rəisi azad olundu - Təyinatlar

img

15-05-2014 [11:13]


Siyəzən Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən kənarlaşdırılıb. 


Mia.az Anspress-ə istinadən xəbər verir ki, nazir  Siyəzən RPŞ-nin rəisi Nizami Əlirzayevi vəzifəsindən azad edən əmr imzalayıb. O, Daxili İşlər Nazirliyinin keçirdiyi kompleks yoxlamalar nəticəsində vəzifəsindən azad edilib. Lakin N.Əlirzayevin konkret hansı fakta görə işdən çıxarıldığı açıqlanmır.

Siyəzən rayon prokuroru Murad Kazımov faktı təsdiqləyib.

****

Azərbaycanda daha bir neçə rayonun polis rəisi dəyişdirilib. Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrlər imzalayıb.
 
Əmrlərə əsasən, Oğuz rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov tutduğu vəzifədən azad edilərək Şamaxı rayonuna polis rəisi təyin edilib. Nazirin digər əmri ilə isə Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin rəisi Cəmil Əmirov Oğuz rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
 
Bundan başqa, Siyəzən Rayon Polis Şöbəsi və 26-cı Polis Bölməsinə hələlik rəis təyin olunmayıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər(apa).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA