Baku TV daha bir kabel televiziyasında yayıma başlayıb

img

08-05-2023 [16:57]


Baku TV daha bir kabel televiziyasında yayıma başlayıb.

Mia.az xəbər verir ki, 2018-ci ildən internet kanalı kimi fəaliyyət göstərən Baku TV-ni bu gündən KATV1 abunəçiləri də izləyə biləcək.

Bunun üçün abunəçilər axtarış bölməsindən Baku TV-ni taparaq, seçilmişlər siyahısına əlavə etməlidir.

Ölkədə və dünyada baş verən önəmli və aktual hadisələri izləyiciyə çatdıran xəbər kanalı hadisə yerindən reportajları, eksklüziv müsahibələri, müəllif verilişləri və araşdırmaları ilə abunəçilərə geniş kontent təqdim edir.

Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Baku TV-yə Audiovizual Şura tərəfindən peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib. Kanal ilk olaraq Connect TV-də yayımlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR