Gömrükçülər “Yeni Müsavat”ın redaktorunun qardaşını girov götürdü

img

14-05-2014 [23:37]


"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədlinin qardaşı Şamil Məmmədov "Qırmızı Körpü” (Sınıx körpü) gömrük keçid məntəqəsində faktiki olaraq girov saxlanılır. Bu haqda qardaşı E.Məmmədliyə məlumat verən Ş.Məmmədov deyib ki, şəxsi avtomobilinin təmiri üçün 4-5 avtomobil detalını alıb gətirməkdən ötrü Gürcüstana gedib. Gürcüstandan qayıdarkən gömrük-keçid məntəqəsində ondan aldığı dəmirləri ölkəyə keçirmək üçün 200 dolar rüşvət istəyiblər.

Rüşvəti Vüqar adlı növbə rəisi tələb edib, əks təqdirdə onun gətirdiyi detalları ölkəyə buraxmayacağını deyib. Ş.Məmmədov bu özbaşınalığa etiraz edib, bu haqda mətbuata məlumat verəcəyini deyib. Bundan sonra Vüqar ona "ümumiyyətlə səni Azərbaycan buraxmayacam” deyərək, görmük məntəqəsinin həyətində dayanmağa məcbur edib. Axşam saat 19 radələrindən gömrükdə saxlanılan Ş.Məmmədov hələ də məntəqədə girovluqdadır. Rəis kimsədən qorxmadığını deyərək, onu qanunsuz şəkildə məntəqədə saxlamaqda davam edir.

E.Məmmədli qardaşının başına gətirilən bu qanunsuzluqla bağlı ölkə başçısı İlham Əliyevə müraciət hazırlayır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA