Mikayıl Cabbarovun müavininə töhmət verildi; Digər nazir müavini də "nişangah"da!

img

14-05-2014 [21:33]


Bir müddət əvvəl işdən çıxarılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovun vəzifə başında olan yaxınları da hədəfə alınıb. 

Məlumata görə, hədəfdə olan əsas şəxslərdən biri maliyyə nazirinin müavini Azər Bayramov, digəri isə təhsil nazirinin müavini Ceyhun Bayramovdur. 

Məlumatda qeyd edilir ki, Bayramov qardaşları Elşad İsgəndərovun qayınlarıdır və onları da kürəkənlərinin aqibəti gözləyə bilər. 

Daxil olan məlumatda vurğulanır ki, maliyyə nazirinin müavini olan Azər Bayramovun qaynatası Vaqif Şadlinski vəziyyətin ağırlığını nəzərə alaraq, özünə simsar bildiyi məmurlarla məsələni çözmək istəyib. Lakin bunun nəticə vermədiyi deyilir. 

İddia olunur ki, Ceyhun Bayramov yeni təyinat aldığından onun bir qədər işləməsinə möhlət verilib. Lakin Azər Bayramovun xaricə pul transferləri etməsi, həm də xarici ölkələrdə bir neçə şirkətinin varlığı yuxarı dairələrə məlum olduğundan ona hər hansı bir güzət ediləcəyi gözlənilmir(jam.az). 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA