QHT sədri haqda həbs qərarı çıxdı

img

14-05-2014 [20:51]


Salyan rayon Məhkəməsi hüquq müdafiəçisi Emil Məmmədov haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçib.


Bu haqda onun həyat yoldaşı Sənubər Məmmədov məlumat verib. 

Musavat.com-un Azadlıq Radiosu-na istinadən məlumatına görə, mayın 13-dən Salyan polis idarəsində saxlanan ictimai fəal Emil Məmmədova yaxınları ilə əlaqə saxlamağa və görüşməyə icazə verilmir.

Sənubər Məmmədovanın dediyinə görə, bir müddət öncə Emil Məmmədovu polis idarəsinə çağırıb iki yerli məmurla üzləşdiriblər:

«Guya Emil onlardan zorla pul istəyib. Halbuki belə şey olmayıb. Ortada heç bir sübut yoxdur. Əksinə, Emil Salyanda baş verən yeyintilərlə bağlı Korrupsiya ilə Mübarizə İdarəsinə, prezidentə müraciət edib».

Qeyd edək ki Emil Məmmədov Vətəndaş Nəzarəti Şəbəkəsinin Salyan rayon üzrə əlaqələndiricidir. Şəbəkənin koordinatoru Esmira Əsədullayeva bildirib ki, onlar Emil Məmmədova konkret hansı ittihamın irəli sürüldüyünü bilmirlər:

«Amma bir aydır Emil Ombudsman Aparatına, müxtəlif yerlərə müraciət edib ki, ailəsinə, özünə təzyiqlər, hədələr var. Emil rayonda investisiya layihələrinin icra vəziyyəti ilə bağlı monitorinqlər aparıb, korrupsiya faktlarını üzə çıxarıb. Bunu da ictimailəşdirib. Fikrimcə, Emil Məmmədov bu fəaliyyətinə görə saxlanıb».

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA