PUTİNİN HƏDƏFİ... - "Kremlin vurulmasının arxasında Moskvanın özünün olduğu görünür"
04-05-2023 [19:36]
Xəbər verildiyi kimi, mayın 3-də Rusiyanın paytaxtı Moskva ardıcıl dron zərbələrinə məruz qalıb.
Mia.az xəbər verir ki, rəsmi Moskvanın məlumatına görə, hücum nəticəsində ölən və yaralanan olmasa da, Kremlin üstündəki Rusiya bayrağının bərkidildiyi gümbəz yanıb.
Məlumata görə, 17:38 radələrində Bolşaya Polyanka küçəsində müşahidə edilən dronlar təxminən bir neçə dəqiqə sonra həmin əraziyə zərbə endirib.
Rusiya Prezidentinin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini açıqlayıb.
Prezident Volodimir Zelenski deyib ki, Ukrayna öz ərazisini, kənd və şəhərlərini qoruyur.
Bu və ya digər məqamlarla bağlı aıqlamaları Mia.az-a çərh edən politoloq Turan Rzayevin sözlərinə görə, Zelenskinin bu sözlərini səmimi hesab etmək olar: "Ukrayna hazırda Rusiyanın növbəti genişmiqyaslı hücumlarına hazırlaşır. Yəni bir əks-hücum olacaqsa belə, rəsmi Kiyevin bunu dəf edəndən sonra hərəkətə keçməsi daha məntiqli olardı. Digər tərəfdən Zelenskinin də qeyd etdiyi kimi Ukrayna ordusunda hazırda ciddi silah-sursat çatışmazlığı var".
Plitoloqun fikirincə, Kremlin vurulmasının arxasında Kiyevdən çox, Moskvanın olduğu görünür:
"Birincisi, Ukrayna dronlarının bu qədər uzaq məsafəni qət edib radar sistemlərinə görünmədən Kremlə və Moskvanın digər nöqtələrinə zərbə vurması mümkün deyil. Mümkündür ki, dronlar elə Moskva ətrafı ərazidən havaya qalxıb.
Sakinlərin PUA-ların Moskvaya doğru uçduğunu görüb hakimiyyət orqanlarına məlumat verməsinə baxmayaraq, qurumların məsələyə əhəmiyyət verməməsi də hadisənin Kreml tərəfindən təşkil edildiyini sübuta yetirir.
Rusiya Prezidentinin mətbuat xidməti bildirib ki, hərbçilər və xüsusi xidmət orqanları iki PUA-nı sıradan çıxarıb. Yəni istənilsə bütün PUA-lar sıradan çıxarılardı. Məhz iki PUA-nın sıradan çıxarılması da hücumun Ukrayna tərəfindən törədildiyi təəssüratı yaratmaq üçündür.
İkincisi, dron hücumunun Kremlə və Moskvanın bəzi nöqtələrinə təşkil edilməsi təsadüf deyil. Rusiya bununla Ukraynanın dron hücumu ilə Prezident Vladimir Putini hədəf aldığını, bu yolla öldürmək istədiyini göstərməyə çalışır.
Aydındır ki, Putin gecə saat 3-də Kremldə olmur. Rusiya prezidentinin olduğu obyektlər yüksək təhlükəsizlik sistemləri ilə müdafiə olunur".
Turan Rzayev bildirib ki, Kreml dron tamaşası ilə bir sıra nəticələrə nail olmaq istəyir: "Birincisi, Rusiya bu hücumlarla ictimai rəyi Ukrayna müharibəsinə çəkmək, döyüş ruhunu artırmaq və aparılan müharibənin lazımlılığını sübut etməyə çalışır. Hücumun məhz 9 May paradından öncə olması da bunu təsdiq edir.
İkincisi, Kreml hücumun Kiyev tərəfindən təşkil edildiyi təəssüratını yaradaraq ABŞ başda olmaqla Qərbin Ukraynaya dəstəyinin qarşısını kəsmək istəyir. Bununla Kiyevə olan inamı zəiflətməyə çalışır.
Üçüncüsü və ən əsası, Rusiya bu şou ilə Ukraynaya ediləcək növbəti hücum əməliyyatlarını legitimləşdirməyi düşünür. Hətta Rusiyanın taktiki nüvə silahından istifadə etməsi də mümkündür.
Prinsip etibarilə Kreml bunu daha əvvəl etmək istəyirdi. Misal üçün, 2022-ci ilin fevralında, savaşdan bir qədər əvvəl Vladimir Putin Rusiyanın strateji nüvə qüvvələrinin (RSNQ) “xüsusi döyüş vəziyyətinə” gətirilməsinə dair əmr verib və təlimlərini keçirib. O, daha sonra Rusiya ərazisini qorumaq üçün nüvə silahından istifadə etməyə hazır olduğunu demişdi".
Politoloqun sözlərinə görə, Moskva onu da yaxşı bilir ki, ABŞ və NATO tammiqyaslı nüvə müharibəsinin başlanması riskindən yayınaraq, münaqişəni daha da gərginləşdirmək istəmir: "Bu mənada Kreml taktiki nüvə silahından istifadə etmədən öncə Qərbin Ukraynanı danışıqlar masasına oturması üçün təzyiq etməsini gözləyə bilər".
Samir Musayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi