Gecə klubunda döyülən modelin şikayəti üzrə qərar verildi: "Ortada videogörüntü var, ancaq..."

img

04-05-2023 [15:56]


İstanbulda gecə klubunda 2 il əvvəl keçmiş sevgilisi tərəfindən ölümcül döyülən model Gizem Akbaşın şikayəti üzrə bu gün məhkəmə hökm verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün İstanbul 27-ci Ağır Cəza Məhkəməsində keçirilən prosesdə Gizem Akbaşı döyən keçmiş sevgilisi Mücahit İsmail Aytana 7.5 aydan bir ilədək həbs cəzası tələb olunsa da, hakim sübut yetərsizliyindən ona bəraət verib.

Hakimin bu qərarı isə model və onun vəkilinin sərt etirazına səbəb olub.

İclasdan sonra açıqlama verən model bildirib ki, döyülmə hadisəsi kameralara düşüb: "Ortada görüntülər var, ancaq hakim deyir, dəlil yoxdur...".

Daha sonra halı pisləşən model çıxışını yarımçıq kəsib.

Vəkil isə qərardan üst məhkəməyə şikkayət edəcəklərini deyib. 

Ləman  

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR