Xələf Xələfov Sloveniyaya işgüzar səfər edib
04-05-2023 [15:43]
Xarici işlər nazirinin müavini Xələf Xələfov Sloveniyaya işgüzar səfər edib.
Mia.az xəbər verir ki, səfər çərçivəsində ilk öncə Azərbaycan və Sloveniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi baş tutub. Məsləhətləşmələr zamanı Sloveniya tərəfini siyasi və çoxtərəfli məsələlər, iqtisadi diplomatiya və inkişaf sahəsində əməkdaşlıq üzrə dövlət katibi Samuel Jboqarın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tərəflər hazırkı siyasi məsləhətləşmələrin Azərbaycan və Sloveniya arasında təmasların intensivləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb etdiyini qeyd edərək, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələrin inkişaf etdirilməsi və bu əlaqələrin şaxələndirilməsi istiqamətində atıla biləcək addımları müzakirə ediblər.
İki ölkə arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün birgə səylərin səfərbər edilməsinin vacibliyi vurğulanıb.
Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri, ticarət-iqtisadi, humanitar, enerji və investisiya sahələrində əməkdaşlığın inkişafı, qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə olunub. Siyasi dialoqun davamlı şəkildə aparılmasının vacibliyi vurğulanıb. Eyni zamanda tərəflər iki ölkə arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyətinə toxunublar. Hüquq-müqavilə bazasının genişləndirilməsi məsələsinə baxılıb.
Xələf Xələfov post-münaqişə mərhələsi və bölgədəki cari vəziyyət, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi və doğurduğu fəsadlar, həyata keçirilən bərpa və quruculuq işləri, ərazilərin gələcək inkişafı planları barədə həmkarına məlumat verib.
Azərbaycan Mina Təmizləmə Agentliyi (ANAMA) ilə Sloveniyanın “İTF İnsan Təhlükəsizliyinin Artırılması” təşkilatı arasında mövcud uğurlu əməkdaşlıq əlaqələri və bu əlaqələrin daha da genişləndirilməsi perspektivlərinə toxunulub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nazir müavini X.Xələfovun həmçinin Sloveniya Prezidentinin Xarici siyasət üzrə müşaviri Miriam Mojqan və Milli Təhlükəsizlik üzrə müşaviri Nataşa Dolents, Sloveniya Baş nazirinin Ofisinin Beynəlxalq məsələlər üzrə dövlət katibi Voyko Volk, Sloveniya Milli Assambleyasının vitse-prezidenti Daniyrl Krivets ilə ikitərəfli görüşləri keçirilib.
Keçirilmiş görüşlərdə Azərbaycan və Sloveniya arasında ənənəvi dostluq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb, regional vəziyyət, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sloveniya tərəfi Azərbaycanın Cənubi Qafqaz regionunda sülh gündəliyinin reallaşması istiqamətində səyləri və addımları barədə ətraflı məlumatlandırılıb. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, əhalinin öz yurdlarına qayıtması istiqamətində icra olunan layihələr, Qarabağın erməni əhalisinin Azərbaycanın hüquqi, iqtisadi və sosial mühitinə reinteqrasiyası ilə bağlı atılan addımlar qarşı tərəfin diqqətinə çatdırılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi