Prezident beşulduzlu otelin açılışında

img

14-05-2014 [12:03]



Bu gün Şamaxı rayonunun Şərədil kəndində beşulduzlu "Şamaxi Palace Platinum By Rixos” otelinin açılışı olub. Prezident İlham Əliyev açılışda iştirak edib.


Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, altımərtəbəli otel 102 otaqdan ibarətdir. Otaqlardan 82-si "Delux”, 9-u "Suite”, 8-i "King-suite”, 3-ü isə "Presidential suite”dir. Burada 450 nəfərlik şadlıq sarayı, 2 restoran, 8 bar, 200 nəfərlik konfrans zalı, 30 nəfərlik toplantı otağı, anfiteatr, lüks gecə klubu, uşaq əyləncə guşəsi, "SPA” mərkəzi və s. vardır.

Dövlət başçısı otelin kollektivi ilə görüşüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA