“Yeddi oğul istərəm”in "Zalımoğlu"su, “Arxadan vurulan zərbə”nin "Cabbarov"u, "Dədə Qorqud"un... - 37 il yaşayan Ələsgər İbrahimovun haqqında nələri bilirik? (FOTOLAR)
01-05-2023 [09:05]
Azərbaycan kinosunda "Zalımoğlu" “Yeddi oğul istərəm”də, "Ramiz" (“İnsan məskən salır”), "Cabbarov" (“Arxadan vurulan zərbə”), "Kamil" (“Torpaq. Dəniz. Od. Səma”), "Muradov" (“Ömrün ilk saatı”) kimi obrazları ilə adda qalan aktyor Ələsgər İbrahimovun doğum günüdür
Mia.az xəbər verir ki,Ələsgər İbrahimov 1942-ci ildə Bakıda anadan olub.
Məlumata görə, rus bölməsində təhsil alan Ələsgər Dövlət Neft Akademiyasına daxil olur. Təhsilini bitirdikdən sonra müxtəlif yerlərdə çalışsa da, sonradan “Azərbaycanfilm” kinostudiyasında mühəndis kimi çalışıb. Onun filmlərə çəkilişi də elə buradan qaynaqlanb.
Ə.İbrahimov “İnsan məskən salır”da Ramiz (1967), “Torpaq.Dəniz,Od.Səma”da Kamil (1967), “Yeddi oğul istərəm”də Zalımoğlu (1970), “Ömrün ilk saatı”nda Muradov (1973), “Dədə Qorqud”da İgid (1975), “Bizi dağlarda axtarın”da Ovçu (1976), “Arxadan vurulan zərbə”də Cabbarov (1977) və s. filmlərdə bir-birindən maraqlı rollar oynayıb.
Məlumata görə, onun kinoya olan həvəsi və istedadı Adil İsgəndərovun da gözündən yayınmır. Ələsgər İbrahimov kinostudiyada mühəndis işləyə-işləyə Adil İsgəndərovun axşamlar açdığı kinoaktyor kursuna getməyə başlayır və bununla da özünü aktyor kimi daha da inkişaf etdirir.
Sonralar Şamil Mahmudbəyovun quruluş verdiyi “Torpaq, dəniz, od, səma” filminə də çəkilir. Eyni zamanda bir çox televiziya filmlərində epizodik rollarda iştirak edir.
Görkəmli rejissor Arif Babayevlə İçərişəhərdə qonşu olması onun kino həyatında böyük rol oynayıb. Belə ki, geniş müşahidəçilik qabiliyyətinə malik olan Arif Babayev qonşuluqda yaşayan bu yaraşıqlı insanın kino üçün maraqlı faktura olacağına inanmış və onu 1967-ci ildə İmran Qasımovun ssenarisi əsasında çəkdiyi “İnsan məskən salır” filmində əsas qəhrəman olan Ramiz roluna çəkir.
Ələsgər İbrahimov məhz Ramiz Allahverdiyev rolu ilə kinoya debüt edir.
Filmdə rejissor assistenti kimi çalışan Ənvər Həsənov deyir ki, yaradıcı heyətin tərkib hissəsinə daxil olduğum zaman artıq filmin çəkilişlərinin hazırlıq işləri gedirdi: “Ələsgər haqqında onu deyə bilərəm ki, o aktyor deyildi. Filmdə baş qəhrəman olan Ramiz obrazında çəkilən Ələsgər İbrahimov tamaşaçılara “Yeddi oğul istərəm” filmində yeddi oğuldan biri-Zalımoğlu kimi yaxşı tanışdır. Aktyor olmayan Ələsgər İbrahimov Arif Babayevlə İçərişəhərdə qonşu olmuşlar. Bu heç də o demək deyil ki, Arif Babayev dost-tanış iştirakına üstünlük verənlərdən idi. Yox, sadəcə olaraq o uzaqdan müşahidə etməklə kimin nəyə qadir olduğunu bilirdi. Bir növ müşahidəçilik qabiliyyətinə malik idi. Bir sözlə, Arif Babayev qeyri-peşəkarları peşəkar səviyyəsində çəkməyi bacaran kinorejissorlarından biri idi. Sadəcə olaraq rola uyğun olan, gözü tutan şəxsləri sınaq çəkilişlərinə dəvət edirdi ki, bunlardan biri də Ələsgər idi”.
İlk dəfə çəkildiyi “İnsan məskən salır” filmindəki Ramiz obrazı onu geniş tamaşaçı auditoriyasına tanıdır və beləliklə də rejissorların diqqətində dayanır. Növbəti dəfə o, görkəmli rejissor Tofiq Tağızadənin quruluş verdiyi “Yeddi oğul istərəm” filmində Zalımoğlu obrazına çəkilir.
Filmdəki yeddi oğulu oynayan aktyorların hər biri kimi Ələsgər İbrahimov da sınaq çəkilişlərində iştirak edib və bütün sınaqlardan uğurla keçərək filmə çəkilməyə vəsiqə qazanır.
Deyilənlərə görə, filmin çəkilişləri zamanı Ələsgər İbrahimov at üzərində olan çəkilişlərdən qoxurmuş. Bu baxımdan da yeddi oğulun göründüyü kadrlarda həmişə ən axırda o, gəlirdi. Əksər vaxtlarda isə filmdəki at çapmaq səhnələrində dublyorlardan istifadə olunub.
Ələsgər İbrahimov geniş mütaliə sahibi idi, eyni zamanda mədəni, tərbiyəli, qürurlu, mərd və məsuliyyətli idi. Bir sözlə, bütün gözəl keyfiyyətlər bu gözəl insanda cəmləşib.
Aktyorun sonuncu dəvət aldığı film 1977-ci ildə yazıçı Elçin Əfəndiyevin ssenarisi əsasında rejissor Arif Babayevin quruluş verdiyi “Arxadan vurulan zərbə”də polis Cabbarov obrazı olur.
Yeri gəlmişkən, 1970-ci illərdə yalnız kinomuzda deyil, eləcə də ədəbiyyatımızda macəra-detektiv janrına çox az hallarda müraciət olunub ki, bu baxımdan da “Arxadan vurulan zərbə” filminin böyük maraqla qarşılanıb.Filmdə Cabbarov obrazını yaradan Ələsgər İbrahimov obrazın xarakterini özününküləşdirərək dövrün təmkinli, məsuliyyətli polisini oynayıb.
Çəkildiyi bütün filmlərdə obrazın xarakterini mənimsəməyi bacaran aktyor, bu filmdə də eynilə obrazın daxili aləminə sirayət edə bilib.
Onu tanıyanlar deyirlər ki, Ələsgər İbrahimovun oynadığı rolların daxili dünyası onun xarakteri ilə üst-üstə düşürdü. Bəlkə də ömür vəfa etsəydi, daha çox rollar oynaya bilərdi, ancaq tale, qismət başqa söz dedi, 37 yaşlı aktyorun dünyasını dəyişmə fərmanını imzaladı.
Bəli, Ə.İbrahimov cəmi 37 illik ömüründə AZərbaycan kino tarixinə o qədər böyük tphvələr verdi ki...
Allah rəhmət eləsin!
Ləman
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi