14-05-2014 [11:58]
"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsi bəyan edib ki, son vaxtlar bəzi kütləvi informasiya vasitələrində bu qurumun Gəncə qaz istismarı Sahəsinin (QİS) 9 saylı Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin keçmiş işçisi Mina Mirzəyevaya istinadən həmin Sahənin rəisi Rauf Qasımov haqqında böhtan dolu videomateriallar yayılmaqdadır.
"Bununla əlaqədar "Azəriqaz” İB bildirir ki, Gəncə QİS-də qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsində işləmiş M.Mirzəyeva ilə bağlanmış əmək müqaviləsinə Gəncə QİS-in 18.07.2013-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilib. Yəni M.Mirzəyeva tutduğu peşədən öz ərizəsinə əsasən azad edilib.
M.Mirzəyevanın bir çox instansiyalara ünvanladığı müraciətlərin hamısı ətraflı araşdırılıb və məlum olub ki, o, heç vaxt Gəncə QİS rəhbərliyinin, o cümlədən sahə rəisi, rəis müavini və baş mühəndisin qəbulunda olmayıb, yalnız işlədiyi xidmət əməkdaşlarının iştirakı ilə QİS rəhbərliyinin yanında keçirilən iclaslarda olub. Bu isə M.Mirzəyevanın dediklərinin həqiqətəuyğun olmadığını və böhtan xarakteri daşıdığını göstərir”-deyə "Azəriqaz"dan Modern.az-a verilən rəsmi açıqlamada bildirilib.
"Azəriqaz” İB bildirib ki, M.Mirzəyeva heç də iddia etdiyi kimi nümunəvi işçi olmayıb, əksinə, əmək funksiyası üzrə öhdəliklərini layiqincə yerinə yetirmədiyinə görə 02.04.2012-ci il tarixində ona sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilib.
"Lakin bundan heç bir nəticə çıxarmayan M.Mirzəyeva 29.05.2013-cü il tarixdə özbaşına, heç bir üzrlü səbəb olmadan xidmət göstərdiyi ərazini tərk etməklə müəssisədaxili intizam qaydalarının tələblərini kobud şəkildə pozub və ona yenidən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilib.
Onu da bildiririk ki, R.Qasımov tərəfindən ona guya ki, əxlaqsız təklif olunduğunu iddia edən M.Mirzəyeva işlədiyi müddət ərzində heç vaxt bu barədə yuxarı rəhbərliyə və hüquq-mühafizə orqanlarına müraciət etməyib. Yalnız işdən çıxdıqdan sonra yenidən işinə qayıtmaq barədə etdiyi müraciətlər təmin olunmadıqda qarayaxma kampaniyasına başlayıb və müxtəlif instansiyalara müraciətlər ünvanlayıb. Bu faktın özü də M.Mirzəyevanın şantaj və böhtan yolunu seçdiyinə daha bir sübutdur”.
Xatırladaq ki, Mina Mirzəyevaya mətbuata verdiyi açıqlamalarda sahə rəisi Rauf Qasımovun ona intim əlaqə təklif etdiyini bildirib.
R.Qasımov isə şərəf və ləyaqətinin, işgüzar nüfuzunun müdafiəsi tələbi ilə Gəncə şəhər Kəpəz rayon məhkəməsinə müraciət olunub. İşə məhkəmədə baxılır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi