14-05-2014 [10:20]
Bu barədə E.Məmmədovun hüquqi nümayəndəsi Fəqan Nəsibov müraciətində bildirib. Müraciətdə yazılıb: "Elburus Məmmədova məxsus Bakı şəhər, Nərimanov rayonunun Tələt Şıxəliyev küçəsi, ev 174 ünvanında yerləşən 4 mərtəbəli villa 2010-cu ildə Etibar Pirverdiyevə satılıb. Alqı-satqı müqaviləsinə əsasən satan tərəf E.Məmmədov, alan tərəf isə "Azərenerji” ASC-nin sədrinin həyat yoldaşı Pərvanə Pirverdiyeva olub”.
Müraciətdə bildirilir ki, E.Məmmədova məxsus olan villa 2 milyon 300 min manata razılaşdırılıb: "Etibar Pirverdiyev villada olan əşyaları da almaq istədi. Məişət əşyaları 150 min manata qiymətləndirildi. Biz 100 minə razılaşdıq. Ümumi razılaşmaya əsasən villa məişət əşyaları ilə birlikdə 2 milyon 400 min manata qiymətləndirildi. Villa üçün razılaşdığımız məbləğin ödənişi aparıldı. Yəni, mənə 2 milyon 300 min manat vəsait verildi. Etibar Pirverdiyev məişət əşyalarına görə razılaşdığımız məbləği sonra verəcəyinə vəd verdi. Amma, 2010-cu ildən bu günə qədər, mən Azərenerji” ASC-nin sədrindən nə pulumu, nə də mənzil əşyalarımı ala bilmirəm”.
Şikayətçi yazır ki, alqı-satqı müqaviləsinə görə, daşınmaz mülkiyyətin qiyməti aşağı məbləğ göstərilib: "Burada məqsəd dövlətə verginin az ödənilməsi idi. Müqaviləyə görə, villanın qiyməti 800 min manat göstərilib”.
Fəqan Nəsibov bildirir ki, alqı-satqı məsələlərində iştirak etmiş Etibar Pirverdiyevin qaynı yalan vədlər verib: "E.Pirverdiyevin qaynı Hikmət dəfələrlə Elburus Məmmədova söz verib ki, mənzil əşyalarına görə vəsait ödəniləcək. Ancaq 4 ildir ki, 100 min manat ödənilmir”.
"Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin Hikmət adlı qaynı ilə telefonla danışdıq. O, əməkdaşımıza bildirdi ki, bu barədə danışmaq istəmir. (Bizimyol.info).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi