Politoloq: "Laçın yolundakı sərhəd-keçid məntəqəsi Azərbaycanın əlini gücləndirəcək"

img

28-04-2023 [14:12]


Dövlət Gömrük Komitəsi Laçın yolundakı sərhəd-keçid məntəqəsində fəaliyyətə başlayıb.

Mia.az xəbər verir ki, bu, bir müddətdir nəzarət-buraxılış məntəqəsinin ləğv ediləcəyi və ya Rusiya sülhməramlılarının nəzarətinə keçəcəyi iddialarının əsassız olduğunu sübut edib.

Bu və ya digər məqamlarla bağlı vəziyyəti Mia.az-a şərh edən politoloq Turan Rzayevin sözlərinə görə, nəzarət-buraxılış məntəqəsinin və pasport yoxlanışı köşkünün quraşdırılması rəsmi Bakının əlini gücləndirəcək:

TURAN RZAYEV

"Birincisi, hazırda Qarabağda yaşayan ermənilər ya qondarma qurumun, ya da Ermənistan pasportu daşıyır. Ermənistan pasportu daşıyan şəxslər digər xarici ölkə vətəndaşları kimi müvafiq prosedur qaydalarından keçsə də, qondarma qurumun pasportunu daşıyan şəxslərdən ölkəyə buraxılmaları üçün mütləq şəkildə Azərbaycan Respublikasının pasportu tələb ediləcək.

İkincisi, ermənilər uzun müddətdir iddia edirlər ki, guya Qarabağda 120 min erməni yaşayır. Erməni pasportu daşıyan şəxslər birmənalı şəkildə Ermənistan vətəndaşlarıdır. Pasport yoxlanışı köşkünün quraşdırılması həm də bu məsələdə dəqiq say əldə etməyimizə səbəb olacaq.

Üçüncüsü, Azərbaycan humanitar yüklərin Qarabağa daşınmasına hələlik heç bir maneə yaratmır. Lakin bu proses əbədi belə davam edə bilməz. Ermənistandan gələn yüklərə mütləq rüsum qoyulmalıdır.

Dördüncüsü, nəzarət-buraxılış məntəqəsinin və pasport yoxlanışı köşkünün quraşdırılması növbəti mərhələdə Laçın dəhlizinin statusunun ləğv edilməsinə gətirib çıxacaq".

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR