"Aynar Məmmədovun sifariş verdiyi sübut olunsa, onu həbs edəcəklər" - Rauf Arifoğlu

img

14-05-2014 [10:15]


"Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunu döydürməkdə şübhəli bilinən idmançı Tural Bayamov saxlanılıb. 

AzNews.az-ın əldə etdiyi məlumata görə, dünən Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan idmançının buraxılması üçün əvvəlcə külli miqdarda pul müqabilində razılaşma olub. Amma son anda Daxili İşlər nazirinin müavinlərindən birinin müdaxiləsindən sonra Bayramov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilib və onun saxlanılmasının tam məxfi qalması tapşırılıb. Bu məxfiliyin səbəblərinə gəlincə isə, məsələnin bir ucunun daha yüksək vəzifəli şəxslərə gedib çıxmasıdır. Məlumata görə, hadisənin baş verməsinin əsl səbəblərinin ortaya çıxacağı təqdirdə cəmiyyətdə böyük səs-küyə səbəb olacağından DİN hələ ki, nə edəcəyini qətiləşdirməyib. 

Odur k, DİN rəhbərliyi təqsirli bilinən şəxsin saxlanılması ilə bağlı informasiyaların sizdırılmaması üçün qəti tapşırıq verib. 

Məlumatda həmçinin bildirilir ki, bu gün Ramil Usubovun "Yeni Müsavat” qəzetinin sahibi Rauf Arifoğlu ilə görüşməsi də məsələnin hansı həddə olması barədə ona məlumat vermək, DİN-in nəyə görə qəti addımlar ata bilməməsini dolayısı ilə ona çatdırmaq olub. 

Qeyd edək ki, bir neçə gün öncə də mətbuatda Tural Bayramovun saxlanılması ilə bağlı xəbərlər yayılmışdı. Ancaq sonradan bu xəbərlər təkzib edildi. 

Mia.az Musavat.com-a istinadən xəbər verir ki, Tural Bayramovun saxlanılması xəbəri doğrudur. Onun barəsində hələlik 20 sutkalıq inzibati həbs qərarı çıxarılıb. Rauf Arifoğlu isə musavat.com-a deyib ki, R. Usubovla görüşdə ona DİN-in çıxılmaz durumda qalması barədə heç bir məlumat verilməyib: "Söhbət açıq getdi. Mən fikirlərimi söylədim, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovdan şübhələndiyimi izahatlara cənab nazirə çatdırdım. O da dinlədi, müvafiq cavablar verdi. Bu cavablarda məni rahatsız edəcək məqam yox idi. İnanıram ki, F.İlqaroğluna qarşı cinayət sifarişini Aynar Məmmədovun verdiyi sübut olunsa, onu həbs edəcəklər. Buna həm də ona görə əminəm ki, bundan əvvəl Aynar Məmmədovun avto-xuliqanlıq etdiyi məlum olanda, onun avtomobilini cərimə meydançasına atmışdılar və mən bilən hələ də oradadır. Atası müdaxilə etmək istəsə də, heç nə edə bilməmişdi. İndi onun belə bir cinayəti etdiyi sübut olunsa, inanıram ki, qanunla müəyyən olunan cəzadan yaxa qurtara bilməyəcək. Nazirlə görüşümdən sonra bu barədə məndə bir əminlik yaranıb. Bu dəfə jurnalistlərə qarşı törədilən cinayət işi açılacaq".

Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA