Cəbhə xəttində yenidən güllə səsləri eşidilib

img

14-05-2014 [09:43]


Cəbhə xəttində atəşkəs yenidən pozulub. 

Müdafiə Nazirliyindən verilən məlumata görə, Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. 

Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Füzuli rayonunun Qorqan, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

anspress

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA