YAP funksioneri: "Ermənistan sülh müqaviləsinin imzlanması prosesinin uzanmasında maraqlıdır"
27-04-2023 [14:55]
"Azərbaycan Laçın yolu üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verib. Üçtərəfli sənədin imzalanmasından ötən müddət ərzində Azərbaycan tərəfi üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirərək sülh gündəliyinin müəllifi kimi mövqeyini möhkəmləndirdiyi halda Ermənistan öhdəliklərin icrasında maraqlı olmadığını hər addımında təsdiqləyir. Digər tərəfdən, bu məqamı da unutmayaq ki, o zaman Ermənistan Laçın yolunun 20 km enində olmasında və yolun Ermənistanın nəzarətində olmasında təkid edirdi. Lakin dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərt, qətiyyətli və prinsipial mövqeyi nəticəsində yol 5 km enində müəyyən edildi, 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçın rayonunun mərkəzinin Azərbaycana qaytarılması ilə bağlı prinsipial müddəalar üçtərəfli Bəyanatda əksini tapdı. Bununla bərabər, yeni yolun ilyarıma istifadəyə verilməsi, Ermənistanın bu yolun öz ərazisindən keçən 7 kilometrlik hissəsinin tikintisini süni şəkildə ləngitməsi, hətta 2022-ci ilin avqustunda bununla bağlı təxribatlar törətməsi postmünaqişə dövrünün reallıqları sırasındadır. Ermənistan hər addımda 44 günlük İkinci Qarabağ müharibəsində məğlubiyyəti ilə barışmadığını, sülh müqaviləsinin imzlanması prosesinin uzanmasında maraqlı olduğunu təsdiqləyir".
Bu sözləri Mia.az-a Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə deyib.
O bildirib ki, İlham Əliyev ötən il avqustun 26-da özünün “Tvitter” səhifəsində belə bir paylaşım edib: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!” Bu müjdədən çox keçmədi ki, Müzəffər Ali Baş Komandan sentyabarın 21-də Laçın şəhərinə səfər etdi və şəhərin mərkəzində Azərbaycan Bayrağını ucaltdı.
Göründüyü kimi, Azərbaycan istədiyinə nail olur. Atılan addımlar Azərbaycanın mövqeyinin dəyişməzliyini, qarşıya qoyduğu hər bir hədəfə yüksək səviyyədə nail olmaq üçün səylər göstərdiyini nümayiş etdirir. Hər bir çağırışın real həyatda öz əksini tapması Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir. Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir. Dövlət başçısı İlham Əliyev bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində cari ilin hədəflərini açıqlayarkən bu il laçınlıların doğma Laçına qayıdacaqlarını bildirdi və diqqəti bu əminliyi əsaslandıran məqamlara yönəltdi.
Dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri, eyni zamanda, cənab İlham Əliyevin qətiyyəti və ardıcıl siyasəti nəticəsində qazanılan uğurlar bu hədəfə də zamanında nail olacağımızı şərtləndirir. Aprelin 23-də Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması təkcə ermənilərin növbəti təxribatlarının qarşısını almadı, həm də ölkəmizin öz ərazi bütövlüyünü tam bərpa etdiyini bir daha təsdiqlədi. Təbii ki, atılan hər bir addımı şərtləndirən mühüm məqamlar mövcuddur. Ermənilərin Laçın yolu ilə Qarabağa silah-sursat daşımaları, Qarabağda hərbi kontingent formalaşdırmağa cəhd göstərmələri, eyni zamanda, Qarabağda təbii sərvətlərimizin talanması və Laçın yolu ilə Ermənistana daşınması Azərbaycanı narahat etməyə bilməz. Dövlətimiz bununla bağlı ən yüksək tribunalardan sərt mövqeyini açıqlasa da qarşı tərəf yenə də qanunsuz əməllərini, təxribatlarını davam etdirməklə açıq-aşkar beynəlxalq hüququn norma və prinsiaplərinə hörmətsizlik nümayiş etdirməkdə idi. O da məlumdur ki, təbii sərvətlərimizin qanunsuz istismarına etiraz olaraq ekofəallar ötən il dekabrın 12-dən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində dinc aksiyaya başlayıblar. Fəallar Qarabağ ərazisində Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə etirazlarını bildirir, haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər".
YAP Xətai rayon təşkilatının sədri bir daha diqqəti dünyada Ermənistan və havadarları tərəfindən Azərbaycana qarşı kampaniya təşkil edilməsinə, xarici mediada Azərbaycan əleyhinə aparılan qara piar kampaniyasına yönəldib.
Bildirib ki, heç bir təzyiq Prezident İlham Əliyevi öz qətiyyətli və ədalətli mövqeyindən daşındıra bilmədi: "Azərbaycan öz haqqını tələb etməkdə davam etdi, hətta Azərbaycan Respublikasının Prezidenti Administrasiyası Qarabağ ermənilərinə reinteqrasiya və mövcud problemlərin həlli ilə bağlı müraciət ünvanlayaraq onların nümayəndələrini Bakıya dəvət etdi. Lakin Azərbaycanın bütün çağırışları cavabsız qaldı. Bütün bunlar Ermənistanın sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını, himayədarlarına arxalanaraq təxribatlar törətməklə, qərəzli, heç bir əsası olmayan bəyanatlar səsləndirməklə beynəlxalq ictimaiyyəti çaşdırmağa səy göstərdiklərini təsdiqləyir. Azərbaycan tərəfi ilk gündən Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin ediləcəyini bildirir".
Lamiyə
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"