Ramil Usubovun hansı müavini idmançını "Bandotdel"də gizlədir? - Yenilənib

img

13-05-2014 [23:43]


"Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunu döydürməkdə şübhəli bilinən idmançı Tural Bayamov saxlanılıb. 

AzNews.az-ın əldə etdiyi məlumata görə, dünən Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan idmançının buraxılması üçün əvvəlcə külli miqdarda pul müqabilində razılaşma olub. Amma son anda Daxili İşlər nazirinin müavinlərindən birinin müdaxiləsindən sonra Bayramov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilib və onun saxlanılmasının tam məxfi qalması tapşırılıb. Bu məxfiliyin səbəblərinə gəlincə isə, məsələnin bir ucunun daha yüksək vəzifəli şəxslərə gedib çıxmasıdır. Məlumata görə, hadisənin baş verməsinin əsl səbəblərinin ortaya çıxacağı təqdirdə cəmiyyətdə böyük səs-küyə səbəb olacağından DİN hələ ki, nə edəcəyini qətiləşdirməyib. 

Odur k, DİN rəhbərliyi təqsirli bilinən şəxsin saxlanılması ilə bağlı informasiyaların sizdırılmaması üçün qəti tapşırıq verib. 

Məlumatda həmçinin bildirilir ki, bu gün Ramil Usubovun "Yeni Müsavat” qəzetinin sahibi Rauf Arifoğlu ilə görüşməsi də məsələnin hansı həddə olması barədə ona məlumat vermək, DİN-in nəyə görə qəti addımlar ata bilməməsini dolayısı ilə ona çatdırmaq olub. 

Qeyd edək ki, bir neçə gün öncə də mətbuatda Tural Bayramovun saxlanılması ilə bağlı xəbərlər yayılmışdı. Ancaq sonradan bu xəbərlər təkzib edildi. 

***

"Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunu döydürməkdə şübhəli bilinən idmançı Tural Bayamov saxlanılmasına rəhbərlik edən nazir müavininin adı bəlli olub.

Mia.az Azinform.az-a istinadən xəbər verir ki,  jurnalistin döyülməsi ilə bağlı araşdırmanın aparılması və zəruri əməliyyat tədbirlərinin görülməsi ilə bağlı məsələ əvvəlcədən Ramil Usubovun birinci  müavini Vilayət Eyvazovun nəzarətində olub: "Məhz onun əzimkarlığ və qətiyyəti nəticəsində böyük qüdrət sahiblərinə bağlılıqda adları hallanan şəxslərin həbs edilməsi mümkün olub. Əldə etdiyimiz məlumata görə, şübhəli şəxslərin saxlanması ilə bağlı əməliyyat da hansısa polis idarəsi tərəfindən deyil, məhz «Bandotdel» tərəfindən həyata keçirilib".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA