“Əcnəbi təlxəyin qarşısında çıxış etmək üçün sıraya düzülən...” – Qarabağ əlili vətənşüvənlərə dərs verdi

img

13-05-2014 [22:35]



 Hələ aprel ayının əvvəlindən Qarabağ müharibəsi veteranları ailələri arasında peyntbol turnirinin keçirilməsi elan edilsə , turnir müəmmalı səbəbdən baş tutmayıb.

 Xatırladaq ki, sosial şəbəkələrdə belə bir turnirin keçirilməsi haqda xeyli elanlar yayılmışdı. Turnirin təşkilatçılarından biri Qarabağ Əlilləri Veteranları miyyətinin Nəsimi rayon şöbəsinin sədri Əhməd Rəhmanov idi.

 Mia.az-ın əməkdaşı məhz bu səbəbdən Əhməd Rəhmanovla əlaqə yaradıb, turnirin nədən baş tutmamasının səbəbini soruşub.

 Miaa.azı-n sorğusunu cavablandıran şöbə sədri turniri məhz maddiyyat səbəbindən keçirə bilmədiklərini etiraf etdi: «Bildiyiniz kimi, hər bir tədbirin keçirilməsi zamanı ən azı texniki problemləri həll etmək üçün müəyyən qədər maddi vəsait tələb olunur. Biz hələ mart ayının sonundan bir çox dövlət qeyri dövlət təşkilatlarına, o cümlədən vətənsevər adamlarımıza ümid edərək, belə bir təşəbbüslə çıxış etdik. Lakin təəssüf ki, ümidlərimiz bizi yanıltdı. Sən demə, Azərbaycanda Vətən, Qarabağ dərdi, əlillərin veteranların cəmiyyətə adaptasiyası, qayğı sair istiqamətlərdə söylənilər boğazdan yuxarı imiş».

 Təşkilat sədri deyib ki, təşəbbüsləri ilə bağlı əksər dövlət qeyri-hökumət qurumlarına müraciətlər edilib: «Hətta tərəfimizdən bəzi bank və holdinq rəhbərlərinə müraciətlər etdik. Ki, texniki problemlərlə yanaşı, iştirakçı qalibləri həvəsləndirmək, onları kiçik hədiyyələrlə mükafatlandırmaq məqsədiylə bizə cüzi maddi dəstək versinlər. Amma təəssüf ki, hər hansı bir əcnəbi təlxəyin qarşısında çıxış etmək üçün sıraya düzülən dildə Vətən, Dövlət deyənlərin heç biri bizə dəstək olmadı. Görünür, Vətən onun yolunda canını fəda edənlərin qiymətini bilmək üçün yuxarıdan düymə basılmalıdır. Təəssüf ki, bizlərə görə belə bir düymənin basan olmadı. Ona görə Qarabağ əlilləri veteranlarının arzusu gerçəkləşə bilmədi».

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA