Şirvanda sakinlərlə növbəti səyyar görüş Bayramlı qəsəbəsində keçirilib
26-04-2023 [21:00]
Şirvanda sakinlərlə növbəti səyyar görüş Bayramlı qəsəbəsində keçirilib.
Mia.az xəbər evrir ki, Şirvan şəhəri, Bayramlı qəsəbəsində keçirilən şəhər sakinləri ilə növbəti səyyar görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Milli Məclisin deputatı İltizam Yusifov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Səyyar görüşdən öncə Ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qəbulda iştirak edən şəhər sakinlərini salamlayaraq, dövlət müstəqilliyimizin möhkəmlənməsində və inkişafında misilsiz xidmətləri olan Ümummili lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə başçısının 2023-cü ili “Heydər Əliyev İli” elan etməsinin əhəmiyyətindən və keçirilən tədbirlərdən bəhs edib. Ulu öndərin siyasi varisi, ölkə başçıs cəanb İlham Əliyevin dövlətimzin siyasi, iqtisadi, müdafiə qüdrətinin artırılması sahəsində gördüyü işlərdən danışıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəaşdətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən, şirvanlı gənclərin də döyüşlərdə göstərdikləri şücaətdən, qəhərmanlıq nümunələrindən bəhs edib.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini, şəhidlərin doğum və anım günlərinin qeyd edilməsinin ənənə halını aldığını, adlarının əbədiləşdirilməsi tədbirlərinin əyata keçirildiyini, əlamətdar və tarixi günlərdə, bayramlarda Şəhidlər xiyabanının şəhər rəhbərliyi tərəfindən ziyarət olunduğunu, şəhid ailələrinin problemləri mütəmadi maraqlanıldığını diqqətə çatdırıb. Vətən uğrunda şücaət göstərən əsgər və zabitlərimzin dövlət başçısı tərəfindən fəxri adlar, orden-medallarla təltif olunduğunu, müavinətlər təyin edildiyini, ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə "Yaşat" Fondu yaradıldığını, yaralıların dünyanın ən müasir tibb müəssisələrində müalicə olunduğunu vurğulayıb.
Şirvan şəhər Şəhidlər Xiyabanında genişmiqyaslı abadlıq-bərpa işlərinin həyata keçirilməsinin və Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında Zəfər və Qarabağ xiyabanlarının, Zəfər abidəsinin yaradılmasının şəhidlərə sonsuz ehtiramın ifadəsi olduğunu qeyd edib. Allahdan şəhidlərə rəhmət, ailələrinə səbir diləyib.
Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək, son illərdə qəbul edilən qanunlardan, vətəndaşların hüquqlarının təmin olunmasından, müraciətlərinin həllindən danışıb. Şəhər sakinləri və seçiçiləri ilə mütəmadi görüşdüyünü, onların qaldırdığı problemlərin bir qisminin həll olunduğunu, bir sıra problemlərlə bağlı aidiyyəti qurumlar qarşısında, Milli Məclisin plenar iclaslarında məsələlərin qaldırıldığını görüş iştirakçılarının nəzərinə çatdırıb.
Sonra qəbula gələn sakinlər dinlənilib.
Vətəndaşların müraciətləri əsasən, maddi yardım, işsizlik, qaz və işıq xəttinin çəkilməsi, səhiyyə, işıqlandırma və digər məsələlərlə bağlı olub. Ünvanlanan müraciətlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb. Sakinlər ölkəmizdə yaradılan sabitliyə, əmin-amanlığa, ərazi bütövlüyümüzün təmin olunmasına, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.
Səyyar görüşdən sonra Şəhər İcra Hakimiyyətinin başçısı qəsəbənin 103 yaşlı sakini İsgəndərova Minə Mirzəbaba qızını evində ziyarət edib, şəhərin ən yaşlı sakini ilə maraqlı söhbət edib, onun qayğıları ilə maraqlanıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi