İsa Qəmbərdən oğlunun sərsəm statusuna reaksiya: "O, yetkin insandır, öz addımlarına görə məsuliyyət daşıyır"
26-04-2023 [16:49]
“İlkinin 40-a yaxın yaşı var, yetkin insandır. Öz addımlarına görə məsuliyyət daşıyır. İlkinin mövqeyində, fikirlərində az məqamlar var ki, mən onunla razı deyiləm”.
Mia.az xəbər verir ki, bu fikirləri “Laf TV”-nin efirində tanınmış siyasətçi İsa Qəmbər oğlu İlkin Qəmbərin məlum tvitinə münasibət bildirərkən deyib.
İ.Qəmbər 7-8 ildir ki, oğlu ilə görüşmədiyini qeyd edib: "Uzun illərdir bu kimi məsələləri üz-üzə oturub müzakirə etmək imkanımız yoxdur. İlkin uzun illərdir Kanadada yaşayır. Orada bir neçə azərbaycanlı ilə birgə yutub kanalı ("Kings and Generals") açıblar, tarixi filmlər çəkirlər. Yüzlərlə tarixi filmlər çəkiblər. Təsəvvür edin, bir neçə istedadlı azərbaycanlının yaratdığı kanal yutubda ən populyar tarix kanallarından biridir. 3 milyona yaxın abunəsi var. Çəkdikləri filmlər arasında ən qədim dövrdən tutmuş bu gün Rusiya-Ukrayna savaşına, Azərbaycanla, Türk dünyası ilə, Türkiyənin apardığı müharibələrlə bağlı çoxsaylı filmlər var. Mən sözün düzü, çox izləmirəm, haqqında söhbət gedən filmi də izləməmişəm. Amma soyqırımla bağlı (“Erməni soyqırımı” – red.) tamam səhv mövqedədirlər".
İsa Qəmbərin sözlərinə görə, bütün məsuliyyətli insanlara aydındır ki, heç bir erməni soyqırım olmayıb: "Ermənilər Birinci Dünya müharibəsi illərində Rusiya ilə Osmanlı arasında gedən savaşda Rusiyaya xidmət göstəriblər, fürsətdən istifadə edib yerli əhaliyə qarşı hücumlar təşkil ediblər, qırğınlar törədiblər. Osmanlı dövləti də özünü, əhalisini qorumaq naminə qərarlar qəbul edib, bunlardan biri də onların ordan ixrac edilməsi ilə bağlı olub. Təəssüf ki, bəzi insanlar təbliğatın altına düşürlər, yanlış mövqedə dururlar. Mənim üçün soyqırımla bağlı paylaşım gözlənilməz oldu. Filmlə bağlı heç nə deyə bilmərəm, çünki baxmamışam. Orda böyük bir kollektiv işləyir, yüzlərlə filmlər çəkilir, hamısı müzakirələr əsasında. Kanal çox inkişaf edib, yaxşı tribunadır, amma görünür, İlkin, eləcə də bəzi gənclərlə bu mövzular ətrafında söhbət etməyə ehtiyac var”.
İ.Qəmbər 40 ilə yaxın müddət bundan əvvəl Zori Balayana, erməni yalanlarına qarşı yazdığı kitabı xatırladıb. O, ermənilərin uydurma tarixindən, siyasətindən bəhs edib. Bildirib ki, zamanında ermənilər regiona Osmanlıya qarşı bir silah kimi gətirilib: "Bəziləri yazır ki, bizim dolmamızı, musiqimizi oğurladılar, amma məsələ ondadır ki, ermənilər bizim tariximizi oğurlayıblar. Tarixin ermənilərə aid edilən bir çox məqamları onlara aid deyil, bölgədəki türk amilinə bağlı gerçəklərdir. Avropa təxminən 17-ci əsrin sonundan bu mövzunu qabartmağa başlayıb, elə bir hala gətirib ki, bu uydurmalara erməni xalqı inanmağa başlayıb. Əslində ortada heç nə yoxdur, amma o qədər təkrarlanıb ki, buna inanıblar. Erməni adının onlara dəxli yoxdur, onların adı hay-dır. Məncə, erməni adının özü qədim türk tayfalarından biri olub, zaman-zaman mənimsəyiblər. Eyni zamanda bu qondarma genosid haqda o qədər yalan danışıb, təbliğat aparıblar ki, xüsusən Avropada yaşayan insanlar üçün həqiqətə çevrilib".
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi