Şəhid Yusif Cəfərovun xatirəsi anılıb - FOTOLAR
25-04-2023 [21:59]
Bu gün Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəis müavini Ənvər Zərbəliyev, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər Vətən müharibəsinin şəhidi Cəfərov Yusif Mübariz oğlunun doğum günü münasibətilə məzarını ziyarət edib, xatirəsinə ehtiram olaraq məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.
Mia.az xəbər verir ki, şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək, Yusif Cəfərovun evin tək oğlu olmasına baxmayaraq, könüllü olaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiəsi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun Zəfər yürüşündə iştirak etdiyini, 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucaldığını, ölümündən sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edildiyini bildirib.
Vətənimizin bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçərək şəhadətə qovuşan Yusif Cəfərova Allahdan rəhmət diləyib, belə qəhrəman, vətənpərvər, cəsur oğul böyütdüyü üçün anası Gülbəniz xanıma minnətdarlığını ifadə edib və səbir diləyib.
Ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət qayğısından bəhs edərək, yaralıların reabilitasiyası və sağalaraq yenidən cəmiyyətə inteqrasiyası üçün onların müasir tibb avadanlıqları ilə təmin edilmiş, dünyanın ən aparıcı tibb mərkəzlərində müalicə olunduqlarını vurğulayıb. Onların sosial-məişət problemlərinin həlli məqsədilə yaradılan YAŞAT Fondunun, Müdafiə Nazirliyinin xüsusi komissiyasının, Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər və veteranlarla bilavasitə məşğul olmaq üçün şəhər və rayon icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradılmasının qazilərə və şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söyləyib. Onların adlarının əbədiləşdirilməsi məqsədilə xatirə guşələrinin, sinif otaqlarının yaradıldığını, küçələrə verildiyini qeyd edib. Şəhidlər Xiyabanının əlamətdar günlərdə ziyarət olunmasının, hər ayın sonuncu cümə axşamında şəhid ailələri ilə görüşlərin keçirilməsinin, onların qağıları ilə yaxından maraqlanılmasının şəhid adlarına göstərilən ehtiramın təzahürü olduğunu bildirib.
Sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, din xadimi Hacı Vasif onun ömür yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlıq nümunələrindən bəhs ediblər. İslam dinində və xalqımızın mənəvi dəyərlərində şəhid adının çox uca tutulduğunu vurğulayıblar. Həmçinin torpağın uğurunda çanından keçənlərin sayəsində müqəddəsləşdiyini, ucaldığını, Vətənə çevrildiyini qeyd ediblər.
Şəhid Yusif Cəfərovun vaxtilə təhsil aldığı 2 nömrəli tam orta məktəbin direktoru Əminə Əliyeva onun məktəb illəri ilə bağlı xatirələrini bölüşüb. Yusifin necə məsuliyyətli, intizamlı, çalışqan şagird olduğunu, bütün valideyn iclaslarında müəllimlərin onunla bağlı müsbət fikirlər səsləndirdiklərini xatırladıb. Onun qəhrəmanlığının və vətənpərvərliyinin yetişməkdə olan gənc nəsilə örnək olduğunu, onun əziz xatirəsinin heç vaxt unudulmayacağını qeyd edib.
Şəhidin anası Gülbəniz xanım şəhid ailəsi kimi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. Ziyarətin sonunda vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ləman
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi