Vahid Əhmədovun mandatına xitam veriləcək? - Spiker "məsələyə İntizam Komissiyasında baxılacaq" dedi, deputat "Bu hücumu kimin təşkil etdiyini bilirəm" cavabı verdi
25-04-2023 [17:45]
“İstər Milli Məclis, istərsə də mətbuatdakı çıxışlarımda hansı mövqedə olduğum bəllidir".
Mia.az xəbər verir ki, bu sözləri bloger Mehman Hüseynova verdiyi müsahibədəki fikirlərə görə parlamentin bugünklü iclasında həmkarlaırnın sözlü hücumuna məruz qalan deputat Vahid Əhmədov deyib.
O iddia edib ki, bu hücumların təşkilatçısının kim olduğunu əla bilir: "Bu çıxışların haradan idarə olunduğunu dəqiq bilirəm. Kim bu göstərişi verib, onu da bilirəm. Vaxtı gələndə, bunun hamısı açılacaq. Fəzail Ağamalı təklif etdi ki, İntizam Komissiyasında baxılsın. Etiraz etmirəm, baxılsın. Orada da bütün suallara cavab verməyə hazıram. Milləti və dövlətinin yanında olan insanam. Həmişə dövlətimin yanında olmuşam, dövlətimin mövqeyini müdafiə etmişəm, yenə də edirəm”.
Onu da qeyd edək ki, parlamentin iclasında Fəzail Ağamalı, Razi Nurullayevlə yanaşı, bir çox deputatar Vahid Əhmədovun barəsində sərt fikirlər səsləndiriblər.
Vitse-spikjer Fəzail İbrahimli isə "İnsanların heysiyyatına toxunmaq səlahiyyətini sizə kim verib? Deyirsən ki, buradakı 3 nəfərdən başqa hamı saxtakardır. Niyə mənim heysiyyatıma toxunursan? Deyirsiz ki, dövlətin yanındasınız. Parlament də dövlətin bir qoludur. Adama deyərlər ki, bəyənmirsən, oturma da. Sənin vicdanın bu şeylərə dözmürsə, açıq şəkildə mandatını qoy, get.
De ki, mən özümlə bacarmadım. Sizin maddi durumunuz hamıdan yaxşıdır. Vəzifəniz, statusunuz var. Adamdan soruşarlar, nə istəyirsən? Nədir səni qane etməyən? Azərbaycan parlamentində oturub, onun ünvanına bu cür ifadə işlədən hər bir kəs cəzasını almalıdır. O cümlədən İntizam Komissiyasında bu məsələyə baxılmalıdır”, - deyə, ona irad tutub.
Milli Məclisin spikeri Sahibə Qafarova bildirib ki, Vahid Əhmədovun məsələsinə İntizam Komissiyasında baxılacaq.
Xatırladaq ki, Vahid Əhmədov bloqer Mehman Hüseynova müsahibəsində bölgələrdə işsizlik olduğunu, məmur balalarının dollar "paçka"ları ilə dolaşdığını, ancaq kasıbların 250 manata möhtac olması və sair kimi tənqidi fikirlər səsləndiirb. O, eyni zamanda, bəzi deputat həmkarlarınn bizneslə məşğul olduğunu da etiraf edib.
Zülfiyyə
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi