Siyavuş Novruzov: "Nədən qorxursunuz?"

img

25-04-2023 [15:24]


Komitə sədri Siyavuş Novruzov həmkarı Vahid Əhmədovun blogerə müsahibəsi ilə bağlı fikirlərini parlamentin iclasında bildirib.

Mia.az-ın məlumatına görə, o qeyd edib ki, plenar iclaslarda büdcə müzakirələri, hökumətin hesabatı, Hesablama Palatasının hesabatı və digər məsələlər il ərzində müzakirəyə çıxarılır: “Kiminsə nəsə fikri, sözü varsa, parlament daxilində sözünü deyə, təklifini verə, tənqid edə bilər. Bu da dövlətin inkişafına dəstək olar”.

S.Novruzov parlamentin fəaliyyətini işıqlandıran jurnalistlərə təşəkkür edərək bildirdi ki, onlar hər bir dövlətin fikirlərini ictimaiyyətə çatdırırlar.

Deputat əlavə etdi ki, bu gün Azərbaycanın əleyhinə iş aparan iki qardaşa müsahibə vermək qəbulolunmazdır. “Bir dələduzun birinə müsahibə verib. Hansı ki, nə təhsili var, nə milləti məlumdur, mövqeyi də məlum deyil. Axı, bu kimdir? Bunun hansı sənəti var? Niyə buna qorxa-qorxa yanaşırsınız? Nədən qorxursunuz? Özü də bütün deputatları təhqir edib, öləni də, qalanı da, ağsaqqalı da, cavanı da”/Musavat.com

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR