Gülər Əhmədova danışdı: “İctimai və siyasi həyatda yoxam”

img

13-05-2014 [17:05]


Mayın 6-da həbsdən azad olunan sabiq deputat Gülər Əhmədova ilə bağlı ziddiyyətli xəbərlər dolaşmaqdadır. Bu gün sabiq deputatın rəhbərlik etdiyi "Mərkəz” qəzetindəki fəaliyyətini bərpa edə biləcəyi barədə xəbər yayılıb.

AzNews.az saytı sözügedən xəbərlə bağlı Gülər Əhmədova ilə əlaqə saxlayıb. Keçmiş deputat barəsində yayılan bu məlumatla bağlı qısa danışıb: "Yalan söhbətdi. İndiki halda onu deyə bilərəm ki, ictimai və siyasi həyatda yoxam”.

Xatırladaq ki, G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilirdi və may ayının 6-da məhkəmə zalından şərti azadlığa buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA