Bakıda sərnişinlər qadını təhqir edən marşurut sürücüsünü döydülər

img

13-05-2014 [16:23]


Bakıda qadını təhqir edən avtobus sürücüsü sərnişinlər tərəfindən döyülüb. MIA.az-ın 1news.az-a istinadən verdiyi məlumata görə, insident 33 saylı avtobusun sürücüsü ilə sərnişinlər arasında baş verib. Bildirilir ki, sürücü avtobusu həddindən artıq bərk sürüb, qəfil əyləci basıb, yolda manevrlər edib. Sərnişinlərdən biri sürücüyə avtobusu asta sürməyə, qaydaları pozmamağa çağırıb. Sürücü isə qadına "ürəyim necə istəyir, elə sürürəm” deyincə, avtobusdakı digər sərnişinlərin də səbri daşıb və dava başlayıb.

Mübahisə polis əməkdaşının müdaxiləsi ilə bitib. Qəzəbi soyumamış sərnişinlər sürücünün kobudluq etdiyi qadından üzr istəməyini tələb ediblər.

Qeyd edək ki, sərnişinlərlə avtobus sürücüsü arasında baş verən ilk insident deyil. Daha əvvəl də avtobuslarda bu cür hadisə olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA