Naxçıvanda komitə sədrini döydülər - RÜSVAYÇILIQ

img

13-05-2014 [16:20]


Naxçıvan MR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Malik Rzayev öz kabinetində möhkəm döyülüb.

Mia.az xəbər verir ki, bu sensasiyalı məlumat "Azpolitika.info”-ya Naxçıvandakı mənbələrdən daxil olub.

Məlumatda bildirilir ki, nazir statusunda olan komitə sədrinin xidməti kabinetində döyülməsi qısqanclıq zəminində olub. Hazırda bütün Naxçıvanın danışdığı hadisə bu yaxınlarda olub.

Malik Rzayevi öz kabinetində döyərək müxtəlif xəsarətlər yetirən şəxs onun öz işçisidir.

Hadisənin təfərrüatı rüsvayçı olduğundan yaza bilmirik. Bizə verilən məlumata görə, həm Malik Rzayev, həm də onu döyən işçisi hadisədən dərhal sonra polisə şikayət ediblər.Komitə sədri şikayətində bildirib ki, "səbəb olmadan”, qısqanclıq zəminində öz kabinetində hücuma məruz qalıb. Onun bu ifadəsini Komitənin digər işçiləri də təsdiqləyiblər. Qarşı tərəf isə öz şikayətini ittihamlar üzərində qurub…

Məlumata görə, hazırda şikayətçinin qarşısında şərt qoyulub ki, Komitə sədrinə qarşı iddialarından və şikayətindən əl çəksin. Əks halda özü həbs olunacaq.

Hadisənin baş verdiyi günlərdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun xaricdə olduğu, Naxçıvana yeni qayıtdığı bildirilir. "Hamı MR rəhbərinin Malik Rzayevlə bağlı nə qərar verəcəyini maraqla gözləyir. Çünki belə məsələlərə onun münasibəti sərt olur”, deyə mənbə bildirir.

Məlumatla bağlı MR hüquq-mühafizə orqanları, həmçinin Malik Rzayevin özü ilə danışmaq cəhdlərimiz baş tutmadı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA