“İPhone”a görə saxlanılan millimizin üzvləri ilə bağlı qərar verildi
21-04-2023 [23:06]
Qaçaqmalçılıqda ittiham olunan Azərbaycan futzal millisinin kapitanı Xətai Bağırov və U-19 millisnin üzvü Xəzər Ağalızadə barəsində məhkəmə qərar verib.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, onlar əlbir olaraq 66 min manat dəyərində “İPhone 13 Promax” və qol saatlarını hava limanından qanunsuz Azərbaycana keçirməkdə təqsirli bilinib. Araşdırmalar zamanı məlum olub ki, bir müddət öncə Xətai Bağırovun Türkiyədə olan Məsim adlı tanışı ona zəng edərək gömrükdən 24 ədəd mobil telefon, 24 ədəd qol saatı keçirməkdə ona köməklik etməsini xahiş edib. Xətai isə millinin düşərgəsindən tanıdığı Xəzərə zəng edərək bu işi həll etməsini istəyib.
U-19 millisinin üzvləri Xorvatiyadan yarışdan qayıdarkən tranzit olaraq İstanbul hava limanına eniş edib. Bu zaman Məsim adlı şəxs Xətainin dediyi telefonları və saatları hava limanında Xəzərə verib. Xəzər komanda yoldaşları arasında sözükeçən futzalçı olduğundan hər futzalçıya iki-iki telefonları paylayıb. Xətai bildirib ki, telefonları bu formada keçirsələr, problem olmayacaq.
İş materiallarında qeyd edilib ki, telefonlar Azərbaycana gətirilərəkən açıq formada, qutusuz və aksesuarsız halda olub. Lakin Bakıda hava limanına endikdən sonra gömrük yoxlanışından keçən zaman futzalçılar saxlanılıb. Telefonlar və saatlar onlardan yığılıb. Məsələ ilə bağlı Xətai Bağırov və Xəzər Ağalızadə barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Ad - 00:16
Xətai Bağırov məhkəmədə əməlin cinayət olduğundan xəbərsiz olduğunu deyib. O, Məsimi Bakıdan məhəllə uşağı kimi tanıdığını, ona görə də xahişini yerinə yetirdiyini bildirib. Xəzər Ağalızadə isə Xətainin futzalda ona çox dəstək göstərdiyini, “Araz Naxçıvan” komandasında bir yerdə oynadıqlarını, buna görə də onun xahişini yerinə yetirdiyini deyib.
Məhkəmə hər iki şəxsin şəxsiyyətini nəzərə alaraq hökm çıxarıb. Hökmə əsasən, futzalçılar hər biri 1500 manat cərimə olunub. Qeyd edilib ki, 24 ədəd “İphone 13 Pro Max” və 24 ədəd smart saat isə dövlət rüsumu ödənildikdən sonra onların özlərinə qaytarılacaq.
Xətai Bağırovun vəkili Ceyhun Yusifov cəzanın əmələ adekvat olduğunu bildirib: "Məhkəmə onların peşəkar idman fəaliyyətini, Xətai Bağırovun beynəlxalq miqyaslı ilk transfer olmasını və naliyyətlərini nəzərə alaraq kifayət qədər humanist qərar qəbul etdi. Hesab edirəm ki, təyin olunan cəza əmələ adekvatdır".
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi