Rövnəq Abdullayev 300-dən çox ev payladı

img

13-05-2014 [14:12]


Dövlət Neft Şirkəti neftçi ailələrinə 303 mənzil verib. 


Anspress-in məlumatına görə, bu mənzillər işçilərə kredit formasında verilib. ARDNŞ prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, bu sosial layihə ilə bağlı yeni bir sistem hazırlanır: "Bildiyiniz kimi, sosial layihələr maliyyə tutumludur. SOCAR isə kommersiya şirkətidir. Biz elə etməliyik ki, nə şirkətə nə də insanlara ağırlıq düşməsin. Artıq öz imkanlarımız daxilində1800 ailəyə mənzil vermişik. Bizdə ev növbəsinə duran 6 mindən çox adam var. İndi minə yaxın mənzil tikilib. Bu gün 8 bolkdan ibarət 303 mənzil neftçi ailələrinə təqdim olunub". 

ARDNŞ prezidenti həmçinin qeyd edib ki, SOCAR-ın gənc mütəxəssislərinə və tələbələrinə də bu proqram çərçivəsində mənzillər verilir. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA