Bir ildə dünyada spirtli içkidən 3,3 milyon adam ölüb

img

13-05-2014 [13:42]


2012-ci ildə dünyada 3,3 milyon adam spirtli içkidən ölüb.

APA-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yeni hesabatında bildirilir.
Hesabatda qeyd olunur ki, 15 yaşından yuxarı hər bir insan orta hesabla il ərzində 6,2 litr təmiz spirt içir. Əslində isə dünya əhalisinin 38.8 faizi spirtli içkidən istifadə edir. Bu o deməkdir ki, spirtli içki aludəçisi olan insanlar gün ərzində təxminən 17 litr təmiz spirt qəbul edir.
Spirtli içki istehlakına görə Avropa ölkələri liderdir.
Rusiyada müvafiq göstərici 15,1 litr, Belarusda 17,5 litr, Ukraynada isə 13.9 litr təşkil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA