Prezidentin xəbərdarlığı və ya Qarabağdakı separatçıların qapanan yolu - Təhlil
19-04-2023 [14:38]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibə kifayət qədər diqqətçəkən məqamlar ilə yadda qaldı.
Prezidentin Azərbaycan Televiziyasına verdiyi müsahibədə ilk diqqətçəkən məqam şübhəsiz separatçıları ilə bağlı qəti mövqe ortaya qoyması oldu.
Misal üçün Prezident bildirib ki, “Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, – biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim nə parlament sədri adlandırır, – bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz”.
Əslində, ölkə başçısı bu istiqamətdə çıxışlar bundan öncə də edib. Bu dəfəki müsahibəsində də bu məsələyə yer verməsi onu deməyə əsas verir ki, rəsmi Bakı Xankəndidə heç bir qondarma qurum, rejim, dövlət tanımır və bundan sonra da tanımayacaq.
Prezidentin çıxışından həm də bu qənaətə gəlmək olar ki, Bakı Xankəndi ilə rəsmi və qeyri-rəsmi təmaslar qurub, lakin bu təmaslar sırf prosesin sülh yolu ilə reinteqrasiya prosesi çərçivəsində tənzimlənməsi mahiyyəti daşıyıb.
“Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar. Mən əminəm ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır” Prezident deyib.
Göründüyü kimi, Bakı Xankəndidəki erməni icması və konkret şəxlər ilə təmasdadır və müsbət reaksiyalar alır. Lakin separatçı rejimin sərgilədiyi destuktiv mövqe proseslərin sülh yolu ilə həllinə mane olur. Bu mənada Prezidentin çıxışındakı sərt ton Bakının yumşaq güc siyasətinin hər an sərtləşə biləcəyi, rejimin sıradan çıxması üçün antiterror əməliyyatlarına başlana biləcəyi ehtimallarını yüksəldir.
Bütün hallarda separatçıların yolu praktiki və siyasi baxımdan bağlanıb. Onların Bakıya “görüş təklifi” də bunu deməyə əsas verir. Lakin Bakı bir dəfə bu görüşdə iştirak edib.
Növbəti görüş mütləq Bakıda olmalıdır. Mümkündür ki, Bakı sonuncu dəfə “Bakıda görüşmək və reinteqrasiyanı müzakirə etmək” təklifini elan edəcək. Separatçılar bu görüşün keçirilməsinə də mane olsa, Azərbaycan praktiki addımların atılmasına başlanacaq.
Turan Rzayev
Politoloq
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi