Gülər Əhmədova "Mərkəz"ə qayıdır

img

13-05-2014 [13:16]


Həbsdən yenicə azadlığa çıxan sabiq deputat Gülər Əhmədova rəhbəri olduğu qəzetin başına qayıda bilər. 

 Bu haqda mötəbər qaynaqdan "Axar.az”a verilən məlumatda qeyd olunur ki, G.Əhmədova "Mərkəz" qəzetində fəaliyyətini davam etdirməyi planlaşdırır. Hələlik istirahət edən, müalicəyə ehtiyacı olan və vaxtını ailəsi ilə keçirən sabiq millət vəkili adaptasiya mərhələsini adlayıb, "Mərkəz" qəzetində işini davam etdirəcək. Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina etmiş və sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdi. G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA