STM İranla bağlı sorğu keçirdi - Azərbaycan əhalisi qonşu ölkə ilə bağlı suala belə cavab verdi
19-04-2023 [12:34]
"Azərbaycan əhalisinin 76.8 faizi İranın regionda Ermənistanın maraqlarını qoruduğunu düşünür".
Mia.az xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin (STM) “İranın regionda maraqlarını necə xarakterizə edirsiniz?” sualı ilə bağlı keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə əsasən məlum olub.
Bildirilib ki, iştirakçıların 5.5%-i İranın Ermənistan və Azərbaycana münasibətdə tərəfsiz mövqedə olduğunu, cəmi 3.4%-i Azərbaycanın maraqlarını üstün tutduğunu ifadə edib.
Respondentlərin 14.3%-i bu barədə məlumatsız olduğunu bildirib, yaxud fikir bildirməkdə çətinlik çəkib.
Sorğu çərçivəsində respondentlərin “Sizcə, Azərbaycan İranla münasibətlərində ən çox hansı amili nəzərə almalıdır?” sualı ətrafında da fikirləri öyrənilib.
İranın Azərbaycana dini müdaxilə cəhdləri də iki ölkə münasibətlərində nəzərə alınmalı amillər sırasında qeyd edilib.
Respondentlərin əksəriyyəti (76.8%) İranın regionda Ermənistanın maraqlarını qoruduğunu ifadə etməsinə baxmayaraq, 29.7%-i Azərbaycanın İranla münasibətlərində tarixi köklərin və qonşuluq əlaqələrinin nəzərə alınmalı olduğunu qeyd edib. Bu fonda təqribən hər üç respondentdən birinin iki ölkə arasında yaxın qonşuluq münasibətlərinə istinad etməsi bir daha həm dövlət olaraq, həm də cəmiyyət olaraq Azərbaycanın İranla olan münasibətlərində dinc qonşuluq siyasətinə sadiqliyinin əyani göstəricisidir. Azərbaycanın İrana qarşı olan sanksiyalara qoşulmaması və öz ərazisindən İrana qarşı müdaxilə planlarına şərait yaratmaması fonunda ictimai rəydə İrandan da analoji mövqe gözləntisi təbiidir.

Qeyd edək ki, Azərbaycan öz milli maraqlarından irəli gələrək İranla yanaşı, digər ölkələrlə, eləcə də İsraillə münasibətlərə önəm verir. Sosial Tədqiqatlar Mərkəzinin 5 dekabr - 11 dekabr 2022-ci il tarixində keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə görə, Azərbaycanın İsraildə səfirlik açmasına ictimai münasibət müsbət olmuş və sorğuda iştirak edənlərin 61,0%-i “İsrail etibarlı tərəfdaşdır və səfirliyin olmasını zəruri hesab edirəm” cavabını qeyd etmişdi.
“Sizcə, Azərbaycan İranla münasibətlərində ən çox hansı amili nəzərə almalıdır?” sualına iştirakçıların cəmi 1,6%-i İranın dünyada təcrid olunmuş, sanksiyalara məruz qalmış ölkə olması cavabını verib, 7,0%-i digər amilləri qeyd edib. Respondentlərin 17,7%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Son olaraq, respondentlərin 64.8%-i mart ayında baş verən silahlı insidentləri (hipermarketə hücum, millət vəkilinə sui-qəsd) xarici ölkələrin müdaxilə cəhdləri və təxribatları ilə əlaqələndirib. Respondentlərin 13.3%-i hadisələrin səbəblərini sosial-iqtisadi zəmində dəyərləndirməyə çalışarkən, cəmi 6.0%-i təhlükəsizliyin yetərincə təmin olunmaması, 4.4%-i digər səbəblərlə əsaslandırıb. Respondentlərin 11.5%-i cavab verməkdə çətinlik çəkib.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi