Müdafiə Nazirliyi Maliyyə Nazirliyindən pula görə cavab gözləyir

img

13-05-2014 [13:16]


"Azərbaycan Respublikası "Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2014-cü il tarixli Qərarına əsasən, "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 1-ci bəndinin 20-ci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququ 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara da şamil edilir”.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Aktual.az-ın sorğusuna cavab olaraq məlumat verilib.

Sorğumuza cavab olaraq Nazirliyin mətbuat xidmətindən həmçinin bildirlir ki, həmin Qərarın 2-ci bəndinə əsasən, kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilib:

"Bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Qaydalar müəyyən edildikdən və Maliyyə Nazirliyi tərəfindən bu məqsəd üçün pul vəsaiti ayrıldıqdan sonra həmin ödənişlər mərhələli şəkildə həyata keçiriləcəkdir”.

Xatırladaq ki, bir müddət əvvəl Müdafiə Nazirliyində xidmət göstərən hərbi qulluqçular redaksiyamıza müraciət edib. Onlar 1992-ci ildən 2002-ci ilə qədər məzuniyyətdə olduqları dövrdə yığılıb qalan məzuniyyət pullarına görə narahatlıqlarını ifadə ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA