Vüqar Rəhimzadə: "Azərbaycan bu cinayət əməllərinə görə Ermənistanın layiqli cəzasını alacağına əmindir"
19-04-2023 [11:32]
"Ermənilər hər addımlarında 44 günlük İkinci Qarabağ müharibəsində məğlubiyyətlərini həzm edə bilmədiklərini, sülh müqaviləsini imzalamaqda maraqlı olmadıqlarını təsdiqləyirlər. Bu günlərdə İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağı yandırıldı. Bu, beynəlxalq əhəmiyyətli bir tədbirin iştirakçısına ev sahibinin hörmətsizliyi, beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulması ilə yanaşı ermənilərin nə qədər vəhşi, Azərbaycan xalqına, dövlətinə nifrət bəslədiklərini nümayiş etdirən bir olaydır. Dövlət atributuna hörmətsizlik edilib yandırılır, amma yenə də dünyada bir süstlük müşahidə edilir. Ermənistana bu sığallar nə zamanadək davam edəcək? Bəzi dünya gücləri nə zaman maraqlarından geri çəkilib baş verən hadisələrə ədalət, beynəlxalq hüquq meyarından yanaşıb düzgün addım atmaq barədə düşünəcəklər? Belə bir hörmətsizlik, dövlət rəmzinə təhqir başqa bir ölkədə edilsəydi, dünya yenə də bunu adi qəbul edəcəkdimi? Ermənistanın bu vəhşiliyi qardaş Türkiyədə də hiddətlə qarşılanır. Bu çağırış edilir ki, Qarabağda amansız qətliamlar törədən vəhşilərin bu gün öz ölkələrində keçirilən beynəlxalq idman yarışında sərgilədikləri qorxaq və iyrənc hücuma dünyanın münasibət bildirməsini gözləyirik. Ermənistan hökumətinin bu irqçi və düşməncəsinə mövqeyini qətiyyətlə rədd edir, bu çirkin əməl qarşısında Avropa Ağır Atletika Federasiyası və beynəlxalq idman qurumlarından Ermənistana lazımi cəzanın verilməsini gözləyirik".
Bu fikirləri Mia.az-a Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.
O bildirib ki, bu hörmətsizliyin, təhqirin Azərbaycanın rəmzinə edilməsi artıq məsələnin mahiyyətinin nədən ibarət olduğunu açıqlayır. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da qeyd edildiyi kimi, bayrağımızın yandırılması Ermənistanda Azərbaycana qarşı etnik zəmində kök salmış nifrətin təcəssümüdür. Ermənistan hökuməti tədbiri təşkil edən tərəf kimi bu kimi hadisələrin qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi. Aktı törətmiş şəxsin ilkin olaraq saxlanılması, sonradan təmtəraqlı alqışlarla azad edilməsi birmənalı qarşılana bilməz. Ermənistan tərəfi nifrət zəminində baş verən bu cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməli olduğu halda, amma görünən budur ki, bu vəhşiliyi törədən cəzalandırılmır, əksinə, “qəhrəman” kimi təqdim edilir. Reallıq budur ki, Azərbaycan bayrağının yandırılması əvvəlcədən planlaşdırılıb və açılış mərasiminin tərkib hissəsi olub. Çünki bayrağı yandıran Aram Nikolyan Paşinyan ailəsinə yaxın şəxsdir. Artıq bu fakt özündə bütün məqamları ehtiva edir. Belə bir vandallıq aktının ssenarisinin Ermənistan hakimiyyətinin özünəməxsus olması hansı niyyətin güdüldüyünü açıqlayır. İşğalçı dövlət belə rüsvayçı əməlləri ilə havadarlarına nəyi çatdırmaq istəyir? Eyni zamanda, Ermənistan törətdiyi çirkin əməllərlə sülh müqaviləsinin imzalanması prosesində vaxt qazanmaq istəyirsə, yanılır, bununla da öz şansını itirir. Nifrət zəminində baş verən, ermənilərin vəhşi xislətinin təzahürləri olan bu kimi olaylar gələcəklə bağlı atılacaq addımlara yenidən baxılmasını bir zərurətə çevirir.
YAP Xətai rayon təşkilatının sədri bu məqamı xüsusi vurğulayıb ki, Ermənistan həm monodövlətdir, həm də irqçi dövlətdir. Heç bir başqa millətin nümayəndəsi orada yaşaya bilmir. Ya o əziyyətə dözməyərək özü oradan çıxır, ya da ki, zor gücü ilə çıxarılır. Ermənistanın baş nazirinin və bir çox dövlət rəsmilərinin iştirak etdiyi idman yarışında qonaq ölkənin bayrağına qarşı iyrənc irqçi hərəkəti izləyən Ermənistan hakimiyyəti şiddətlə qınanılır. Vəhşi xislətini hər bir addımında nümayiş etdirən ermənilərin insanlığa sığmayan əməlləri gözləniləndir. Bu günlərdə Ermənistan tərəfinin əsir götürdüyü azərbaycanlı əsgərlərə amansız, insanlığa sığmayan işgəncələr verməsi və bu vəhşilikləri sosial şəbəkələrdə yaymalarına hansı adı verək? Amma Ermənistanın həm mülki şəxsləri, həm də hərbçiləri dəfələrlə azaraq Azərbaycan tərəfinə keçdikdə saxlanılıb. Azərbaycanın onlara qarşı humanist addımı, dərhal Ermənistana sağ-salamat geri qaytarması dünyanın gözü qarşısında baş verib. Amma Ermənistan nəinki əsgərlərimizi geri qaytardı, əksinə öz vəhşi əməllərini, verdikləri işgəncələri sosial şəbəkələrdə yaydı. Budur, erməni xisləti!
Vüqar Rəhimzadə bildirib ki, bayrağımızın yandırılması, əsgərlərimizin əsir götürülərək işgəncələrə məruz qalması beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulmasıdır. Tarixi Zəfəri ilə dünyaya ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğunu sübut edən Azərbaycan bu cinayət əməllərinə görə də işğalçı dövlətin layiqli cəzasını alacağına əmindir.
MIA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi