Ərdoğanın müttəfiqi Millət İttifaqını "kafir" adlandırdı - Keçmiş baş nazir qəzəbli reaksiya verdi, Ərdoğana "yükləndi"

img

18-04-2023 [14:48]


Gələcək Partiyasının sədri, keçşmiş Baş nazir Əhməd Davudoğlu öətn gün Prezident Ərdoğöanla birgə açılışda olan DSP sədri Öndər Aksakalın müxalifəti hədəf alan çıxışna qəzəbli reaksiya verib.

Mia.az xəbər verir ki, FOX TV-də qonaq olan Davudoğlunun sözlərinə görə, partiya sədrinin Ərdoğanın gözünün qabağında ən azı seçicilərin 50 faiz səsini ala biləcək qüdrətdə olan bir ittifaqı, onun rəhbər və tərəfdarlarına "kafir" (imansız-mia.az) deyilməsi utancdır: "Bu cahil adam deyir ki, "biz 14 Mayda vətəni bu kafirlərə təslim etməyəcəyik”. Deyək ki, bu adam ya bu sözün mənmasını bilmir, ya da Ramazan ayında bu millətin yüzdə 50-nə "kafir" deyir. Əgər bunu Kılıçdaroğlu desəydi, indi Ərdoğanbtütün təbliğar arsenalı ilə onun üstünə hücuma keçər, linç kampaniyası başaldıardı..."

Davudoğlunun sözlərindən belə anaşılıb ki, o, DSP sədrini ciddi fiqur saymır: "Lakin bunun Quranı, islamı yaxşı bildiyi ilə öyünən ölkə başçısının yanında deyirlərsə və o, buna susursa, harda qaldı imanlıq? Bu, şəxsən mənim hüzurumda olsaydı, mən ona üzr istədərdim...".
 
Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR