Qüdsün yolu Kərbəladan Bakıya necə keçdi? - Politoloqdan açıqlamalar
18-04-2023 [14:11]
Son günlər İran rejimi Azərbaycanla gərginliyin azalmasına dair təəssürat yaratmağa çalışır.
Mia.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında baş tutan 3 telefon danışığı da bunu deməyə əsas verir.
Abdullahian azərbaycanlı həmkarı ilə telefon danışıqlarını ümumi olaraq iki ölkə arasında gərginliyi azaltmağa yönəlik müsbət hadisə adlandırıb.
Bu və məqamlarla bağlı Mia.az-a açıqlama verən politoloq Turan Rzayevin sözlərinə görə, aydın məsələdir ki, İran Azərbaycanı hədə-qorxu və ya təhdid ritorikası ilə qorxuda bilmədiyini anlayır və buna görə də gərginliyi azaltmaq üçün təmaslar qurur: "Tehranın geri addım atmasının başqa səbəbi də şübhəsiz Bakı ilə gərginlik fonunda Güney Azərbaycanda artan narazılıq, Azərbaycan-İsrail yaxınlaşması və regionun iki aparıcı gücü Türkiyə və Rusiyanın İrana soyuq münasibətidir".
Politoloq deyir ki, İran-Azərbaycan gərginliyi fonunda ABŞ-ın da Azərbaycanla daha dərin təmaslar qurması Tehranı narahat edir: "İran Azərbaycanla gərginliyi siyasi və diplomatik müstəvidə azaltmağa çalışsa da, bu, sadəcə gözdən pərdə asmaqdır. Bunu aprelin 15-də İranda hökumətin təşkil etdiyi “Qüds günü” aksiyaları fonunda da görmək olar.
Məsələ ondadır ki, aksiya zamanı Azərbaycan Respublikasına qarşı plakatlar qaldırılıb. “Qüdsə gedən yol Bakıdan keçir” məzmunlu plakatlar isə xüsusi diqqət çəkir. Maraqlıdır ki, bu İranın keçmiş ali dini lideri Ruhullah Xomeyni İranda hakimiyyətə gələndən sonra dediyi "Qüdsün yolu Kərbəladan keçir" şüarının yeni formasıdır. Sözsüz ki, Xomeyni bu şüarla İsrailin məhv olması və Qüdsün alınması üçün ilk növbədə İraqın Kərbəla şəhərini almağın vacibliyini bildirirdi. Eyni məntiqlə yanaşsaq, şüardan çıxan məna İsrailin məhv olması və Qüdsün alınması üçün ilk növbədə Bakı alınmalıdır".
Turan Rzayevin fikirincə, molla rejimi bütün bu əməlləri ilə özü-özünü ifşa edir: "Birincisi, rejimin ideoloqları hər vəchlə “Qüds günü”nü coğrafi, geopolitik bir gün kimi yox, islami bir gün kimi qəbul etdirməyə çalışır. Lakin hökumətin təşkil etdiyi aksiyalarda səslənən şüarlar büsbütün siyasidir. "Qüdsə gedən yol Bakıdan keçir" şüarı buna ən yaxşı nümunədir.
İkincisi, "Qüds günü" təbliğata görə dünyada bütün islam torpaqlarının işğalına yox demə günüdür. Bu məntiqlə yanaşdıqda "Qüds günü" həm də Qarabağ-Zəngəzur günüdür. İran isə Qarabağın 27 il ərzində erməni işğalında qalmasına səsini çıxartmadığı kimi bu gün də Zəngəzur ilə bağlı qırmızı cizgi ritorikasından istifadə edir.
Nəticə etibarilə İranda hökumətin təşkil etdiyi "Qüds günü" aksiyası və bu aksiyada səslənən şüarlar Azərbaycanla gərginliyi azaltmaq siyasətinin gözdən pərdə asmaq olduğunu bir daha sübut edir..."
Samir MUSAYEV
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi