13-05-2014 [11:34]
Razi Nurullayev bildirib ki, Fransa prezidentinin müxalifət liderləri Əli Kərimli və İsa Qəmbərlə görüşməsi Azərbaycan müxalifətinin tarixində yeni bir səhifə açdı: "Təbii ki, hər zaman müxalifət görüşə hazır olub, amma ölkəyə gələn prezidentlər Azərbaycan iqtidarının sərt reaksiyasından narahatlıq keçirərək və əlavə problemlər yaratmamaq xatirinə görüşmək istəməyiblər. Ola bilsin ki, başqa səbəbləri də olub. Lakin Fransa prezidenti Fransua Ollandın bu addımı ciddi bir səhifə açmaqla yanaşı, həm də bundan sonra ölkəyə gələn Qərb dövlətlərinin də müxalifətlə davamlı olaraq görüşməsinə imkan yaradacaq. Belə demək olar ki, buz sındı... Təbii ki, Ukrayna hadisələri də buzun sınmasında önəmli rol oynayıb və oynamaqda davam edəcək. Əlavə olaraq, Avropa Birliyinin Azərbaycanın avrointeqrasiyasına marağı daha da artıb. Bu artımın fonunda onlar Azərbaycanın demokratikləşməsi üçün daha ciddi addımlar atmaq, Azərbaycan iqtidarı ilə daha sıx danışıqlar aparmaq və ölkədə iqtisadi və siyasi islahatların tezləşməsi sahəsində təzyiqlərini artıracaqlar. Demək olar ki, Azərbaycan günü-gündən Avropaya daha çox bağlanır, iqtisadiyyatı Avropaya daha çox bağlanır və buna görə də Azərbaycanın da yan qaçmaq üçün meydanı azalmaqdadır. Bu hansı şərtləri ortaya qoyur?
Birincisi, Azərbaycana ölkənin qanunvericiliyini, iqtisadiyyat və siyasətini Avropa standartlarına uyğunlaşdırmaq üçün daha ciddi köməkliklər göstəriləcək;
İkincisi, Avropanın sözü və siyasəti keçərli olduqca, müxalifət partiyaları güclənməkdə davam edəcək və təbii ki, demokratikləşmənin önündə gedən qüvvəyə çevrilmək şansı yaranır;
Üçüncüsü, Azərbaycan Avropa institutlarına inteqrasiya etməkdə davam edir, Avropa Birliyinin imkanları yavaş-yavaş gənclərin, QHT-lərin, ziyalıların və elm adamlarının üzünə açılır. Avropa birliyinin 80 milyard avro büdcəsi olan və əlavə olaraq özəl sektordan da 40 milyard avro vəsait toplamağı hədəfləyən "Horizon 2020" artıq Azərbaycanlıların da üzünə açılıb.
Dördüncüsü, Avropa Birliyi öz ədət-ənənəsinə sadiq qalmağı və örnək olmağı da sübut etmək niyyətindədir. Ona görə də, yəqin ki, müxalifətlə də görüşlərini artan xətt üzrə davam etdirməyi planlaşdırır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi