İsrail XİN başçısı Bakıya gəlir

img

17-04-2023 [18:02]


İsrailin xarici işlər naziri Eli Kohen aprelin 18-də Azərbaycana səfər edəcək.

Mia.az-ın məlumatına görə, bu barədə “Report”a “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak deyib.

Səfər çərçivəsində İsrail XİN başçısının aprelin 19-da Bakıda keçiriləcək Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komisiyasının növbəti iclasında iştirak edəcəyi, həmçinin ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Daha sonra E.Kohen aprelin 20-də İsrail səfirliyinin açılış mərasiminin keçiriləcəyi Türkmənistana səfər edəcək.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR