İranın devrilmiş şahının oğlunun İsrailə səfərində üç mühüm məqam... - TƏHLİL
17-04-2023 [17:16]
İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu vəliəhd şahzadə Rza Pəhləvi İsrailə səfər edəcək.
Səfərlə bağlı 3 məqam diqqət çəkir:
Birincisi, Rza Pəhləvinin İsrailə səfərinin məhz Holokost qurbanlarının Beynəlxalq Anım Gününə təsadüf etməsidir. Onun rəsmi açılış mərasimində iştirak edəcəyi bildirilib.
İkincisi, Rza Pəhləvi səfər çərçivəsində İsrailin kəşfiyyat və atom enerjisi naziri Gila Qamlielin ilə görüşəcək.
Üçüncüsü, Rza Pəhləvi bəhai dini icmasının üzvləri və yəhudi-iran icması ilə görüşəcək.
Nə baş verir?
İrandakı aksiyalar fonunda keçmiş şah Məhəmməd Rza Pəhləvinin böyük oğlu Rza Pəhləvi və anası Fərəh Pəhləvi kifayət qədər aktivləşib. Tez-tez efirlərə çıxan ikili İranın gələcəyi, demokratik dəyərlər, insan haqları və s. məsələlər ətrafında fikirlərini tirajlayır.
Maraqlıdır ki, Qərbin özü də Rza Pəhləviyə media və siyasi dəstək verir. Onun bir müddət öncə Vaşinqtonda forum keçirməsi və Münxen Təhlükəsizlik Konfransına dəvət edilməsi də bunu təsdiqləyir.
Qərb İrandakı etirazları diqqətlə izləyir və analiz edir. Etiraz aksiyaları fonunda İranda rejim dəyişikliyi Qərbin alternativləri sırasındadır. Bunu bilən Rza Pəhləvi də İranda hakimiyyəti yenidən ələ almaq və monarxiyanı restavrasiya etmək üçün fürsətləri dəyərləndirir.
Düşmənimin düşməni...
Rza Pəhləvinin indiki məqamda İsrailə səfər etməsi, kəşfiyyat və atom enerjisi naziri Gila Qamlielin ilə görüşməsi ciddi hadisədir. Məsələ ondadır ki, Təl-Əviv Rza Pəhləvi ilə yaxından maraqlanır və onun üzərindən İranı zəiflətməyə çalışır.
Pəhləvi uzun müddətdir, İranın xaricdəki müxalif qrupları birləşdirməyə və vahid lider kimi rejimlə mübarizə aparmağa çalışır. Pəhləvi tərəfdarları onun yenidən canlandırılan monarxiyaya rəhbərlik etməsini, digər fəallar isə 1979-cu il inqilabında vəliəhd şahzadənin atasını devirən şiə din xadimlərinin rəhbərlik etdiyi avtoritar islamçı respublikanın yerinə yeni bir respublikanın yaradılmasını istəyirlər.
O isə islam respublikasını əvəzləyən yeni bir sistem təklif edir, seçilmiş monarx mövqeyi yaratmağa çalışır.
Hələlik Pəhləvi buna tam nail olmasa da, görünür, bu cəhdi İsrailin, xüsusilə də kəşfiyyat rəhbəri Gila Qamlielin diqqətini çəkib. Rəsmi Təl-Əviv başa düşür ki, İranla mübarizə aparmaq istəyirsə, ona İran cəmiyyətinə təsir edə biləcək real sima lazımdır.
İsrail Rza Pəhləvinin tərəfdarlarından İranın strateji məntəqələri haqda kəşfiyyat materialları əldə etmək üçün də istifadə edə bilər.
Güney Azərbaycan üçün risklər
Rza Pəhləvinin İsrailə səfər etməsi və Təl-Əvivlə təmasları gücləndirməsi Güney Azərbaycanın müqəddəratını təyin etməsi üçün ciddi risklər yaradır.
Məsələ ondadır ki, İranın zəiflədilməsi fonunda gündəmə gələn ən önəmli ssenarilərdən biri İranın bir neçə ölkəyə parçalanmasıdır. Bu ssenari çərçivəsində Güney Azərbaycan da müstəqillik əldə edə bilər.
İsrailin Rza Pəhləvi ilə danışıqlara getməsi Güney Azərbaycanın öz müqəddəratını təyin etməsinə maneə təşkil edə bilər. Güney Azərbaycan nümayəndələri də bu mənada Rza Pəhləvi ilə paralel İsraillə danışıqlara getməli, onun təkbaşına İranda hakimiyyətə yiyələnməsinə mane olmalıdır.
İstər pəhləvilər, istərsə də molla rejimi Güney Azərbaycan üçün müsbət gələcək vəd etmir. Güney Azərbaycan öz müqəddəratını təyin etməli, bu istiqamətdə İsraillə əməkdaşlığa da getməlidir.
Turan Rzayev
Politoloq
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi