33 yaşlı kişi azyaşlı xalası qızını evə çağıraraq... - Məhkəmə təcavüz ittihamı üzrə qərar verdi
17-04-2023 [14:28]
Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Rövşən yerkinlik yaşına çatmayan Nigarla (adlar şərti verilib – red.) cinsi əlaqədə olub.
Mia.az Teleqraf.com-a istinadla xəbər verir ki, Rövşən yaşadığı evin yataq otağında 16 yaşına çatmadığını bildiyi Nigarla könüllü razılıq əsasında cinsi əlaqəyə girib.
Növbəti günlərdə yenə də eyni əməli törədib.
İstintaq orqanı tərəfindən Rövşənin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rövşən ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş onun xalası qızıdır: “Bizim qohumluq münasibətlərim həmişə yaxşı olub. Bir-birimizin evinə gedib-gəlmişik. Dəfələrlə Nigarın ad günlərində iştirak etmişəm və onu təbrik eləmişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-ci ildə Nigar və anası Elmira onlara qonaq gəliblər: “Yeni ili qeyd edərkən Nigardan ailə qurmaq məqsədi ilə xoşum gəldiyi üçün anasına söhbəti açdım. Bildirdim ki, Nigarla evlənmək istəyirəm. Elmira da “Nigarın yaşı azdır, tamam olsun, gəl apar, evlən” dedi. Nigar anası ilə aramızda olan söhbəti bildikdən sonra məni bəyəndi”.
Rövşən bildirib ki, 2022-ci ilin yanvar ayından artıq Nigarla telefonda danışmağa başlayıblar: “Bəzən Nigar mənim yaşadığım evə gəlib-gedib. Gecəni də qalıb. Artıq ətraflarında olan insanlar, qohumlar, tanışlar da bizim sözlü olduğumuzu bildilər”.
Təqsirləndirilən şəxs deyib ki, 2022-ci ilin avqust ayının ortalarında Nigar onların evində qonaq kimi qalıb: “Evimizdə Nigarla tək qaldım. Təxminən saat 22 radələrində söhbət zamanı evlənməkdən söz düşdü və ona tezliklə evlənmək istədiyimi dedim. O da tezliklə ailə qurmaq istədiyini bildirdi. Həmin vaxt aramızda yaxınlıq oldu. Yaşadığım evdə yataq otağıma keçdik, ilk dəfə öz istəyi ilə Nigarla təbii yolla cinsi əlaqədə olduq. Gecə Nigar bizim evimizdə qaldı.
Təxminən üç-dörd gün sonra yenə Nigar bizim evə gəldi. Yenə tək olduq. Həmin gün də onunla cinsi əlaqədə oldum”.
Rövşənin sözlərinə görə, bundan bir neçə gün sonra, səhər saat 8 radələrində Nigargilə gedib və onun həmin gün imtahanı olub: “Evlərində olduğumuz zaman anası Elmira ilə Nigarın mübahisəsi oldu. Anası Nigara acıqlandı. Birlikdə evdən çıxdıq və onun oxuduğu məktəbə getdik. Nigar imtahana girdi, mən isə çöldə gözlədim. İmtahandan sonra Nigar evə getmək istəmədiyini dedi. Onunla birlikdə öz yaşadığım evə gəldik. Həmin gün bir dəfə də yataq otağında aramızda cinsi əlaqə oldu”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Nigar bir daha evlərinə qayıtmaq istəmədiyini deyib: “Mən də ona etiraz etmədim. Qərarlaşdırdıq ki, evlənək. Axşam Nəsimi rayon polis idarəsindən zəng gələndə Nigarın anası Elmiranın Daxili İşlər Nazirliyinin 102 ximətinə müraciət etdiyini bildim. Bu səbəbdən Nigarı polis bölməsinə apardım”.
Təqsirləndirilən şəxs deyib ki, Nigarla ilk dəfə yaşadığı Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən evlərində təbii yolla, 1 dəfə də qeyri-təbii yolla cinsi əlaqədə olub. Nigara qarşı başqa heç bir əxlaqsız hərəkət etməyib: “Nigarla cinsi əlaqədə olmaqda məqsədim onun həmişəlik yanımda qalması və evlənmək istəməyim olub. Törətdiyim əməldən səmimi peşmanam”.
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Nigarın sözlərinə görə, Bakının Nəsimi rayonunda orta məktəbin 9-cu sinif şagirdidir: “Anamla birlikdə yaşayıram, münasibətlərimiz normaldır. Təxminən iki il əvvəl qohumum Rövşəni bəyəndim, bir-birimizi sevməyə başladıq. Rövşən mənim ad günümə telefon aldı. Həmin ərəfələrdə mobil telefonla qohum kimi danışdıq”.
Zərərçəkmiş qeyd edib ki, 2021-ci ilin sentyabrında Rövşənlə münasibətləri daha da yaxınlaşıb və sevgi münasibətinə çevrilib: “Artıq onunla vaxtaşırı telefonla danışıb, görüşürdük. Aramızda başqa hər hansı yaxınlıq olmadı.
2022-ci ilin təxminən iyun-iyul ayları Rövşənin anası xəstə olduğundan ev işlərində kömək məqsədilə onlara getdik. Anasını evdə görməyəndə Rövşəndən onun harada olduğunu soruşdum. O da qonaq getdiyini dedi. Mən həmişəki kimi onların evinə girdm. Aramızda xoş söhbətlər oldu. Bir-birimizə yaxınlaşdıq. Həmin gün, tarixi dəqiq xatırlamadığım vaxtda, saat təxminən 21-22 radələrində Rövşənin yaşadığı evdə ilk dəfə təbii yolla cinsi əlaqədə olduq. Bakirəliyim pozuldu. Gecə biz evdə qaldıq. Ondan iki gün sonra Rövşənin anası da evlərinə geri qayıtdı”.
Zərərçəkmiş bildirib ki, Rövşənlə öz istəyi ilə cinsi əlaqədə olub. Bu barədə kiməsə məlumat verməyib. Nigarın sözlərinə görə, həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olub, ilkin izahatında qeyri-təbii yolla cinsi əlaqədə olduğunu gizlətməsinə səbəb utanmağı olub.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Rövşən 6 ay müddətinə azadlıqdamn məhrum edilib.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi