İrəvanda bayrağımızın yandırılması: bu, məqsədli təşkil edilib? - Politoloq yazır
15-04-2023 [13:00]
Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın bayrağı yandırıldı.
Özü də bu hadisə televiziya ilə beynəlxalq aləmə canlı yayımlanan açılış mərasimində Ermənistan İctimai Televiziyasının əməkdaşı tərəfindən nümayişkaranə şəkildə edildi.
Əslində, baş verən hadisə Ermənistan hakimiyyəti tərəfindən qəsdən və bilərəkdən törədilib. Məsələ ondadır ki, hadisəni törədən sadə bir şəxs deyil, Ermənistanda tanınmış dizayner və sözügedən çempionatın təşkilatçılığında yer alan bir şəxsdir. Bu mənada onun özbaşına bu əməli etməsi inandırıcı deyil.
Digər tərəfdən nəinki Azərbaycanın bayrağı, başqa ölkələrin dövlət simvollarına qarşı hörmətsizlik Ermənistanın qanunvericiliyində cinayət sayılır. Lakin erməni polisi beynəlxalq ictimaiyyətin gözü qarşısında cinayət törətmiş bu şəxsi elə həmin gün azad etdi. Bu da azmış kimi polis tərəfindən azad edilən şəxs Ermənistan parlamentinin üzvləri başda olmaqla əksər insanlar tərəfindən etdiyi əmələ görə dəstəkləndi.
Bütün bunlar bir daha onu göstərir ki, Ermənistanda Azərbaycana qarşı dövlət səviyyəsində yürüdülən bir nifrət siyasəti var. Bu siyasətin nəticəsidir ki, Ermənistanda etnik zəmində hələ də Azərbaycan xalqına qarşı nifrət hökm sürür. Azərbaycan bayrağı səhnədə yandırılarkən tamaşaçıların bu hadisəni alqışlaması da bunu təsdiq edir.
İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın bayrağının yandırılması həm də o deməkdir ki, bu ölkə beynəlxalq tədbirləri qəbul etməyə və keçirməyə layiq deyil.
Müqayisə üçün deyim ki, Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır və müxtəlif dünya təşkilatları ilə sıx əməkdaşlıq edir. Bütün beynəlxalq idman tədbirlərində, misal üçün, dünya çempionatında, Bakıda keçirilmiş Birinci Avropa oyunlarında, müxtəlif turnirlərdə Azərbaycan iştirakçıların maksimum təhlükəsizliyini təmin edib. Hətta Erməni idmançılar da Azərbaycanda keçirilən idman yarışlarında rahatlıqla iştirak edir və sağ-sağlam vətənlərinə dönürlər.
Bakıda keçirilən 2015-ci ildə keçirilən Avropa Oyunlarındakı maraqlı bir anı yada salmaq olar. Həmin vaxt Prezident İlham Əliyev erməni boksçuya şəxsən özü medal təqdim etmişdi.
Baş verən hadisə bir daha Avropa və dünyanın idman təşkilatları Ermənistanda dövlət səviyyəsində yürüdülən rasizm və nifrət siyasətini sərt şəkildə qınamalı, Ermənistanda hər hansı beynəlxalq tədbirin keçirilməsinə qadağa tətbiq etməlidirlər.
Onu da deyim ki, Azərbaycan Gənclər və İdman Nazirliyi ağır atletika üzrə Avropa çempionatı üçün Ermənistanda olan Azərbaycan idmançılarının yarışda iştirak etmədən vətənə qayıtması üçün qərar qəbul edib.
Turan Rzayev,
Politoloq
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi