Şirvanda Zərifə Əliyevanın anım gününə həsr olunmuş konfrans keçirilib - FOTOLAR
14-04-2023 [23:22]
Bu gün Şirvan Şəhər İcra Hakimiyyətinin və YAP Şirvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş “Oftalmologiyanın mirvarisi” adlı konfrans keçirilib.
Mia.az xəbər verir ki, konfransda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, ŞİHB yanında Şura üzvləri, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, tibb işçiləri iştirak edib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edildikdən sonra konfrans iştirakçıları, Ulu Öndərin, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın və ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olan bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransı giriş sözü ilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açıb və “Oftalmologiyanın mirvarisi” Zərifə xanım Əliyevanın anım günü ərəfəsində nurlu işığına toplaşanları salamlayıb.
Ölkəmizin hər yerində Ümummilli lider Heydər Əliyevin və onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinin silsilə tədbirlərlə qeyd edildiyini, keçirilən tədbirlərdə, konfranslarda, elmi simpoziumlarda Ümummilli lider Heydər Əliyevin və onun vəfalı ömür-gün yoldaşı, mehriban ana, qayğıkeş həkim, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva haqqında dəyərli fikirlər səsləndirildiyini, onun simasında oftalmologiya elmində gedən proseslərin bir daha təhlil edildiyini diqqətə çatdırıb.
Dövrün zəngin ədəbi mühitində boya-başa çatmış Zərifə xanımın Azərbaycan ziyalısının ən gözəl nümunələrini təcəssüm etdirdiyini, Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirdiyini bildirib. Gənc alim və müəllimlərin, həkim oftalmoloqların yetişməsində, çoxsaylı elmi tədqiqatların, məqalə və monoqrafiyaların hazırlanmasında böyük xidmətləri olduğunu qeyd edib.
Ulu öndərə dərin məhəbbətlə bağlanan Zərifə xanımın bir ana kimi ən böyük xidmətinin Ümummili lider Heydər Əliyevin siyasi kursunu bu gün də uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kimi müdrik dövlət xadimini yetişdirməsi olduğunu vurğulayıb. Onun şərəfli adının xalqımızın qəlbində əbədi yaşayacağına əminliyini ifadə edib.
Sonra Zərifə xanım Əliyevaya həsr olunan video-çarx nümayiş olunub. Şirvan Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Kamil Əhmədov Zərifə xanım Əliyevanın qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyindən, elmi fəaliyyətinin çox zəngin və əhatəli olduğundan söz açıb.
Fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, о cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etdiyini, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi araşdırmalar apardığını bildirib.
Milli Məclisin deputatı İltizam Yusifov Azərbaycan xalqının görkəmli simalarından olan Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıb. Onun şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu söyləyib.
Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanımın öz mənalı həyat yolunu bütün varlığı ilə sevdiyi bu böyük şəxsiyyətlə-Ulu öndər Heydər Əliyevlə bağladığını, ona dayaq olduğunu vurğulayıb. Onun təhsil, səhiyyə sahələrində, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə, həmçinin nadir xeyriyyəçilik xüsusiyyətlərinə görə xalqımızın qəlbində dünya şöhrətli alim, şəfqətli həkim, məğrur Azərbaycan qadını kimi daim yaşayacağını qeyd edib.
Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov geniş dünyagörüşə, çevik ağıla malik, sadəlik, genişürəklilik, xeyirxahlıq kimi xüsusiyyətlərin sayəsində Zərifə xanımın hər yerdə özünə dərin hörmət və məhəbbət yaratdığını bildirib.
Tanınmış elm xadimlərinin Zərifə xanımın elmi fəaliyyəti və müsbət keyfiyyətləri haqqında dəyərli fikirlərini xatırladıb.
Göz həkimi Günel Sayılova Zərifə Əliyevanın oftalmologiya elminin inkişafı naminə apardığı tədqiqat işlərinin verdiyi bəhrələrdən danışıb. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələrinin Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil etdiyini, onun səyləri nəticəsində ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyasının yaradıldığını diqqətə çatdırıb. Konfrans Zərifə xanım Əliyeva haqqında iştirakçıların xoş xatirələri ilə başa çatıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi