Nazir Elmar Vəliyevə mesaj verdi! – Konfransın pərdəarxası məqamları

img

12-05-2014 [20:50]



Xəbər verildiyi kimi, Gəncə Dövlət Universitetində "Müasir biologiya və kimyanın aktual problemləri” mövzusunda elmi-praktik konfransa start verilib.

 

Mia.az xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin nədən məhz bu universitetdə keçirilməsinin təşkil edilməsi böyük marağa səbəb olub.

 Bu barədə Mia.az-ı məlumatlandıran Təhsil Nazirliyinin əməkdaşı deyib ki, bu konfransın Gəncədə keçirilməsi birbaşa Mikayıl Cabbarovun müavini Ceyhun Bayramovla İlham Pirməmmədovun təşəbbüsüdür: «İlham Pirməmmədov GDU-nun rektoru Yusif Yusifovla həddən artıq yaxındır. Hələ Misir Mərdanovun dövründə onların çox sıcaq dostluq əlaqələri yaranıb. Mikayıl Cabbarov nazir təyin edildikdən sonra isə İlham Pirməmmədovun özünün Yusif Yusifova böyük ehtyacı var. Çünki rektorun Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi olan qardaşı Cavanşir Yusifovla Ceyhun Bayramovun maliyyə nazirinin 1-ci müavini olan qardaşı Azər Bayramovun sirli maliyyə əməliyyatlları səbəbindən bir-birinə qarşı geri dönüşü olmayan bağlılıqları var. Bu isə İlham Pirməmmədovun laxlayan karyerasını qorumaq baxımından vacib xarakter alıb. Elə bu səbəbdən o, şəxsən həmin konfransa qatılıb».

 Müsahibimz deyir ki, sözügedən konfrans, həm də Gəncənin icra başçısı Elmar Vəliyevə mesaj xarakteri daşıyır: «Elmar Vəliyevə «diplomatik» şəkildə başa salınır ki, rektor Yusif Yusifov ən yüksək səviyyədə nazir Mikayıl Cabbarov tərəfindən dəstəklənir. Yəni, onu nə keçmiş rektorla, nə də Gəncədəki digər ali məktəblərin rəhbərləri ilə qarışdırmaq lazım deyil. Görünür, bu fakt da Elmar Vəliyevin xoşuna gəlməyib. O, bu gün Fransa prezidentinin səfəriylə bağlı Bakıda olacağını diqqətə çatdırıb, müavinini həmin konfransa göndərib. İnanmıram ki, o, sabah da həmin konfransa qatılsın...».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA