12-05-2014 [20:23]
Şərif Əsədullayev: "Bunlar hamısı məni və ətrafımı gözdən salmaqdan ötrü ortaya atılmış bir oyundur”
Bu sözləri "Axar.az”a açıqlamasında İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, polis polkovniki Şərif Əsədullayev deyib.
O, mətbuatda yayılan informasiyanın həqiqəti əks etdirmədiyini bildirib: "Əvvəla qeyd edim ki, KİV-də yayılan bu informasiya həqiqəti əks etdirmir. Ola bilər ki, bu, məni istəməyən insanlar tərəfindən mətbuata ötürülüb. Çünki mən bu yaxınlarda yüksək vəzifəyə təyinat almışam və hazırda həmin işin icrası ilə məşğulam. Oğlumun polis tərəfindən saxlanılması hadisəsi mayın 2-də olub. Üstündən 10 gün keçibsə və bu hadisənin olması ilə bağlı hər hansı bir fakt yoxdursa, sonradan belə hazırlanmış şəkildə mətbuata ötürülməsi dediklərimi təsdiqləyir. Mənim oğlum iki dəfə həcc ziyarətində olub, içki içən insan deyil. Təbii ki, içki içmirsə, demək, digər xoşagəlməz hallardan da uzaqdır.
Sadəcə, axşam evə gələrkən maşını lazım olmayan yerdə saxladığına görə ona irad bildirilib. Əvəzində isə maşın yerindən götürülüb. Burada polisin xəsarət alması, hansısa qızın təhqir edilməsi dezinformasiyadır və mənə qarşı kimlərinsə qərəzli mövqeyinin nəticəsidir. Bu informasiyanın işiqlandırılmasında da mən mətbuatı qınamıram. Mətbuatın işi alınan informasiyanı çatdırmaqdır. Çox yaxşı olardı ki, bu fikir yayınlanmamışdan öncə mənim və ya oğlumun fikri dəqiqləşdirilərdi. Təkrar mənə zəng etdiyinizə görə də təşkkür edirəm. Bir daha qeyd edirəm ki, bunlar hamısı mən və mənim ətrafımı gözdən salmaqdan ötrü ortaya atılmış bir şeydir”.
Ş.Əsədullayev DİN-ə çağırılması haqqında yayılan informasiyanın da doğru olmadığını qeyd edib: "Bayaq sizin saytınızda mənim bu məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə çağırıldığım haqqında informasiya yerləşdirilmişdi. Məlumat üçün deyim ki, mən DİN-də çalışıram və Baş İdarə rəisiyəm. Hər gün DİN-də oluram. Belə bir faktın olmadığı halda mənim ora çağırılmağım və bununla bağlı hər hansı təhqiqatın aparılması absurddur. Yenə deyirəm ki, bu kimlərsə tərəfindən qəsdən mətbuata ötürülmüş qərəzli informasiyadır”.
Qeyd edək ki, az öncə saytlarda İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi polkovnik Şərif Əsədullayevin oğlunun polis bölməsinin əməkdaşlarına qarşı güc tətbiq etdiyi və polisləri ölümcül halda döydüyü barədə xəbər dərc olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi