Bakı və Sarayevo arasında tarixi saziş: İon-Adriatik kəmərinin TAP-a inteqrasiyası...- Politoloqdan şərh
14-04-2023 [13:45]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinaya rəsmi səfəri başa çatıb.
Mia.az-ın məlumatına görə, bu səfərdə mühüm danışıqlar aparılıb, bir sıra razılaşmalara imza atılıb.
Bu və ya digər məqamlarla bağlı Mia.az-a açıqlama verən politoloq Turan Rzayev deyir ki,Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında münasibətlər kifayət qədər köklü bir keçmişə sahibdir: "Rəsmi Sarayevo Azərbaycanın müstəqilliyini 9 fevral 1995-ci ildə tanımış, elə həmin gün etibarilə də iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur.
Azərbaycanın Bosniya və Herseqovinada Diplomatik Nümayəndəliyi 1 mart 2011-ci ildə təsis olunmuşdur. İki ölkə tarixində ən diqqətçəkən məqam isə şübhəsiz 1972-ci ildə hələ Sovet İttifaqı və Yuqoslaviyanın mövcudluğu dövründə Bakı və Sarayevo arasında qardaşlaşma sazişinin imzalanmasıdır. Məhz o vaxtdan Sarayevo və Bakı qardaş şəhərlər sayılır.
Son illərdə isə Bosniya və Herseqovina ilə Azərbaycan arasında strateji və iqtisadi əlaqələrin dərinləşməsi müşahidə olunur. Xüsusilə qeyd etmək lazımdır ki, Bosniya və Herseqovina 44 günlük ikinci Qarabağ müharibəsi zamanı və müharibədən sonra Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləyib. Rəsmi Sarayevo beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə qəbul edilməyə çalışılan qətnamə və sənədlərə qoşulmadığı kimi əleyhinə də çıxış edir".
Politoloqun sözlərinə görə, Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç aprelin 13-də Sarayevoda mətbuata bəyanatlarında da mühüm mesajlar veriblər: "Çıxış zamanı xanım Tsviyanoviç bildirib ki, Bosniya və Herseqovina Azərbaycanda səfirlik açmaq niyyətindədir. “Çox şadıq ki, Azərbaycan artıq Bosniya və Herseqovinada səfirliyini açmışdır və mən məmnuniyyətlə qeyd edə bilərəm ki, biz də ölkəmizin Bakıda səfirliyini açmaq qərarına gəlmişik. Biz bunu həyata keçirəcəyik və bu məsələ ilə bağlı da cənab Prezidentə məlumat vermək istəyirəm ki, biz hər üç üzv yekdil qərar verdik ki, Bakıda səfirliyin açılması vacibdir” - Jelka Tsviyanoviç deyib.
Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi fəaliyyət göstərir. Rəsmi Sarayevonun da bu gün ölkəmizdə səfirlik açmaq qərarına gəlməsi şübhəsiz iki ölkə münasibətlərinin inkişafına gətirib çıxaracaq. Qeyd edim ki, Bosniya və Herseqovina ilə həm enerji, həm də neftdən kənar sektorlar üzrə əməkdaşlıq imkanları var.
Bosniya və Herseqovina da Azərbaycandan qaz almaq niyyətində olan ölkələrdəndir. Bu İon-Adriatik kəmərinin TAP-a inteqrasiyası ilə mümkündür. İki ölkə bu istiqamətdə razılığa gəlsə bu Azərbaycan qazının Bosniya və Herseqovinaya nəql edilməsi deməkdir. Bu həm də Avropa bazarına əlavə 5 milyard kubmetr qazın nəql edilməsi deməkdir. Çünki İon-Adriatik kəmərinin ötürücülük qabiliyyəti 5 milyard kubmetrdir".
Politoloqun fikirincə, Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin enerjiyə olan asılılığını nəzərə alsaq Bosniya və Herseqovina ilə Azərbaycan arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi həm də Avropanın enerjiyə tələbatının ödənilməsinə xidmət edəcək.
Samir
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi