General Ramiz Tahirov ABŞ-da - Pentaqonda müzakirələr davam edir

img

13-04-2023 [15:40]


Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Pentaqonda ABŞ Milli Qvardiya Bürosunun rəhbərinin müavini, Hərbi Hava Qüvvələrinin general-leytenantı Mark Sassevil ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Tərəflər Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini və ümumi ikitərəfli müdafiə əməkdaşlığını müzakirə ediblər.

Xatırladaq ki, R.Tahirov ABŞ-da səfərdədir. O, bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Çarlz Braun ilə görüşüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR