Gürcüstanla quru yol nə vaxt açılacaq?
13-04-2023 [13:59]
Azərbaycanın quru sərhədlərinin açılması məsələsi uzun müddətdir ki, müzakirə mövzusu olaraq qalır. Bununla bağlı dəfələrlə təkliflər irəli sürülsə də, hökumət sərhədləri açmağa tələsmir.
Mia.az xəbər verir ki, yayılan iddialara görə, may ayından etibarən Azərbaycanın Gürcüstanla quru sərhədlərinin açılması nəzərdə tutulur.
Mayda sərhədlər açılacaqmı, yoxsa hələ uzun müddət gözləməli olacağıq?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, indidən sərhədin açılıb-açılmayacağını demək çətindir:
“Vaxtilə pandemiyanın qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində quru sərhədləri bağlanmışdı. İndi isə vəziyyət dəyişib. Yəqin ki, burada digər məsələlər də var. İndi hərə bir söz deyir. Bəziləri deyir ki, sərhədlər açılacaq. Ancaq mən bunu deyə bilmərəm. Çünki bu barədə Operativ Qərargahın rəsmi qərarı olmalıdır. Çox güman ki, məsləhətləşmələr aparılmalıdır. Buna görə də indidən quru sərhədlərinin mayın 1-də, iyulun 1-də, yaxud avqustun birində açılacağını demək uyğun olmaz. Hazırda bununla bağlı rəsmi qərar yoxdur. Bildiyim qədəri ilə bu istiqamətdə müzakirələr də aparılmır”.
Deputatın fikrincə, quru sərhədlərinin bağlı qalmasına təhlükəsizlik məsələləri səbəb ola bilər:
“Pandemiya artıq bitmək üzrədir. Doğrudur, bizdə karantin rejimi qüvvədədir. Müəyyən məhdudiyyətlər aradan qaldırılıb. Quru sərhədlərinin açılması ilə bağlı müzakirələr getmir, təhlillər aparılmır. Quru sərhədlərinin hələ də bağlı qalmasını ölkənin təhlükəsizliyi ilə bağlamaq olar. Belə baxanda başqa səbəb yoxdur.
İndi biz qonşu Ermənistanla, demək olar ki, müharibə şəraitindəyik. Əlaqələrin normallaşması prosesi hələ müzakirə mərhələsindədir. Sülh danışıqları gedir. Sülh müqaviləsinin imzalanması üzrə görüşlər təşkil edilir. Eyni zamanda demarkasiya, delimitasiya prosesi getməlidir. Amma Ermənistanın təxribatları göstərir ki, bizim təhlükəsizliyimizə hələ də təhdidlər var. Bizə qarşı təhlükə təkcə Ermənistandan gəlmir. Burada müəyyən qüvvələr var ki, quru sərhədlər vasitəsilə təhlükəsizliyimizə qarşı təxribat törətməyə cəhd göstərə bilərlər. Sərhədlərin bağlı qalması bununla bağlana bilər”.
Qeyd edək ki, Azərbaycan-Gürcüstan quru sərhədi 3 ildir koronavirus pandemiyası səbəbindən bağlıdır.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi