Polis rəisi bölmədə dava salan oğlu haqda danışdı - Açıqlama

img

12-05-2014 [16:53]


Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi polkovnik Şərif Əsədullayev oğlu Tamerlan Əsədullayevin bir neçə gün öncə polis əməkdaşları tərəfindən saxlanılarkən onları döyməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 


Ş. Əsədullayev "Qafqazinfo” ya açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil: "Mənim uşaqlarımın tərbiyəsini hamı, bütün Bakı əhli bilir. Onlar çox alicənab, savadlı uşaqlardır. İki dəfə Həccdə olublar. Mən başa düşə bilmirəm ki, niyə həqiqətə uyğun olmayan məlumat yayırlar. Hadisə belə olub. Oğlum maşını qadağan olunmuş zonada saxlayıb. Bu zaman Post Patrul Xidmətinin əməkdaşları ona yaxınlaşaraq burada maşın saxlamağın qadağan olunduğunu bildiriblər. Oğlum da deyilənlərə əməl edib. Bir-birlərini başa düşüblər. Güldən ağır söz deməyiblər. Mən jurnalistlərin də işini başa düşürəm. Onların peşə borcuna hörmətlə yanaşıram. Ancaq burada yaralanmadan, kiminsə travma almasından söhbət gedə bilməz. Özü də ki, hadisə mayın 2-də olub. Kiminsə xəstəxanalıq olması ilə bağlı yayılan məlumatlar qətiyyən doğru deyil”. 

Ş. Əsədullayev Nazirliyə çağrılması məsələsinə də münasibət bildirib. Qeyd edib ki, onsuz da Daxili İşlər Nazirliyi onun iş yeridir: "Bu məsələ ilə bağlı nazirliyə çağırılmağım, nazirlə görüşdüyüm barədə deyilənlər həqiqəti əks etdirmir”. 

Qeyd edək ki, sözügedən xəbər axar.az saytında yayımlanıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA