Prezidentin köməkçisi İran səfiri ilə görüşdü - Açıqlama

img

12-04-2023 [17:58]


Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musavi ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə İran səfiri sosial şəbəkədəki səhifəsində paylaşım edib: “Azərbaycan və İran xarici işlər nazirləri arasında baş tutan konstruktiv danışıqlardan sonra mən də Hikmət Hacıyevlə səmimi və konstruktiv söhbət etdim. Ümid edirəm ki, başlayan prosesin yekun nəticəsi hər iki ölkənin və regionun maraqlarına uyğun olacaq”.

Zülfiyyə

MİAA.Z


Digər xəbərlər
SON XƏBƏRLƏR